"Qəbələ" klubunun yarımmüdafiəçisi Nizami Hacıyev Qol.Az saytına müsahibəsində Avroliqaya vəsiqə qazanmalarından, komandasının Premyer Liqada üçüncülük şansından və "Neftçi" ilə keçiriləcək kubokun final oyunundan danışıb.
- Komandanız tarixində ilk dəfə Avroliqaya vəsiqə qazandı. Gümüş medalı qazanmaq şansınız da var idi. Ancaq "İnter"lə oyunda qeydə alınan heç-heçə (0:0) buna imkan vermədi. Sanki "inter" daha itəkli görünürdü.
- "İnter" hazırda Azərbaycanda ən güclü komandalardandır. Artıq komlektləşdirilmiş heyətə malikdirlər. Son vaxtlar kubokda da ağır oyunlar keçirdiyimizdən "İnter"lə görüş bizim üçün çətin keçdi. Ola bilər ki, "İnter" daha istəkli görünüb. Ancaq bizdən birbaş üstün oynamadılar. Düzdü, rəqibin bir neçə qol epizodunda qapıçımız yaxşı oynadı. Bununla belə oyunun ədalətli nəticəsi elə heç-heçə idi.
- Bəlkə, Avroliqaya vəsiqə qazandıqdan sonra futbolçularda arxayınlıq yaranıb?
- Avroliqaya vəsiqə qazanmağımız çox gözlədir. Ancaq hələ bizim medalmız yoxdu axı. Rəhbərlikdən tutmuş futbolçulara qədər hamımız medal istəyirik. Futbolçu ilk növbədə qazanılan medaldan zövq alır. Çalışırıq ki, ya çempionatda, ya da kubokda medal qazanaq. Kubokun finalında uduzan komandaya da medal verirlər. Ancaq bu, bizə sərf etmir.
- Bir müddət uğursuz nəticələrdən sonra komandanız özünə gələ bildi. "Qara zolaq"dan çıxmağa nə kömək etdi?
- "Xəzər Lənkəran"la kubok oyununda böyük hesabla qalib gəlməyimiz komandada ruh yüksəkliyi yaratdı. Hiss olunur ki, futbolçular oynamaq, yer tutmaq, pul qazanmaq istəyir.
- Taktiki dəyişikliyi də qeyd etmək lazımdır. İndi "Qəbələ"də orta xəttin fəallığını görürük.
- Bəli, çempionatın əvvəlində bir dayaq yarımmüdafiəçisi ilə oynayırdıq. Məncə, bu taktika komandaya ziyan vururdu. Orta xətdə topu tez itirirdik. Artıq indi iki dayaq yarımmüdafiəçisi ilə mübarizə aparırıq. Orta xətdə çoxluq təşkil etdiyimizə görə də öz futbolçumuzu oynaya bilirik. Məncə, bu taktiki dəyişiklik çox düzgün edildi.
- Komandanız ilk dəfə Avroliqaya vəsiqə qazandı. Buna görə də "Qəbələ"dən Avropada böyük gözləntilər yoxdur. Bu, futbolçuların sərbəst olmağı baxımından yaxşıdır. Ancaq Avropa təcrübəsinin olmamağı çətinlik yarada bilər.
- Komanda olaraq Avropada təcrübəmiz olmasa da, bütün futbolçularımız Avrokuboklarda iştirak edib. Yerlilərdən Kamran Ağayev, Elnur Allahverdiyev və mən Avroliqada oynamışıq. Əcnəbilərdən də əksəriyyətinin Avropa təcrübəsi var. Düşünmürəm ki, bizə çox çətin olacaq. Əksinə, Avroliqada daha yaxşı oynayacağıq. Yəqin ki, lazım olan mövqelərimizə transferlər olacaq. Yəni Avroliqada tam başqa "Qəbələ" görəcəksiniz. Bizim tək hədəfimiz Avropaya çıxmaq deyildi. Bu şansı əldə etmişiksə, nəticə də əldə edə bilərik. Bunun üçün heyətimizə 2-3 futbolçu cəlb etmək lazımdır. Bu, şəxsi fikrimdir. Baş məşqçi daha yaxşı bilər.
- "Neftçi" ilə üçüncülük mübarizəniz haqda nə düşünürsən? Kubokun finalında da rəqibiniz bu komandadır.
- Məncə də "Neftçi"ni çətin sınaq gözləyir. Çünki "Simurq" çox yaxşı komandadır. Dəfələrlə onlara qarşı çətinlik çəkmişik. Kiminsə bədbəxtliyi üzərində öz xoşbəxtliyimizi qurmaq istəmirik. "Neftçi" ilə kubokun finalında da qarşılaşacağıq. Çempionatda üçüncü yeri tuta bilməsək, məcburuq ki, kuboku "Neftçi"dən alaq.
- "Neftçi" klubunun baş məqşçisi Böyükağa Hacıyev bildirmişdi ki, "Qəbələ"nin üçüncü pillədə qərarlaşmağı müvəqqətidir. Onun dediyi kimi oldu...
- Baş məşqçi nəsə deməlidir də. Bu, onun şəxsi işidir. Bizim üçün kiminsə fikri maraqlı deyil. Biz oynayacağıq, nəticə özü gələcək. Yalnız "Sumqayıt" və "Neftçi" ilə oyunu düşünürük. Ola bilər ki, çempionatda əlimiz "Neftçi"yə çatmasın. Ancaq kubokda belə olmayacaq. Bir neçə tur bundan əvvəl "Neftçi"ni məğlub etdik. Ancaq çempionat oyunu qaldı keçmişdə. Bizə heç nə maraqlı deyil. Keçən mövsüm də biz "Neftçi"yə qalib gələ bilməmişdik. Yəni qeydə alınan nəticlər bizi maraqlandırmır.
Ramiq AĞAMƏMMƏDOV
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"
Qurban Qurbanov məğlubiyyətdən sonra: “Gecikdik”
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer
"İki dəfə dünya gözümün önündə dayandı"