"Qarabağ" mövsümün əvvəlindən gözəl oyun nümayiş etdirirdi. Həmişə olduğu kimi bu il də layiqli komanda çempionluğu qazandı. "Qarabağ" sona iki tur qalmış qızıl medallara sahib olsa da, bu çempionat maraqlı və gərginliyi ilə əvvəlkilərdən yaxşı mənada seçildi".
Qol.Az saytına açıqlamasında bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Qarabağ" klubunun mövsümün sonuna iki tur qalmış çempionluğunu rəsmiləşdirməsini dəyərləndirərkən deyib.
O, "Qarabağ"ı bundan sonra daha ağır sınaqlar gözlədiyini bildirib. Qeyd edib ki, Ağdam klubu baxımlı oyun sərgilədiyindən futbol ictimaiyyəti bu komandadan daha böyük nailliyətlər gözləyir: "Bu mövsümdəki çıxışlarını nəzərə alsaq, "Qarabağ"ın öhdəsinə daha ağır yük düşür. Çünki hamı bu komandadan çempionluqdan əlavə avrokuboklarda da uğur gözləyəcək. Artıq komandalarımızın Avropada öz sözünü deməyin vaxtıdır. Necə ki, əvvəlki illərdə "Qarabağ" və "Neftçi" bizi avrokuboklarda layiqli təmsil edib, bu il də bu missiyanı davam etdirməlidirlər. Həqiqətən indi "Qarabağ"ın üzərinə böyük bir yük var. İnanıram ki, klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanov da bunu yaxşı dərk edir və Avropada yenidən sözlərini demək üçün lazımi tədbirlər görəcəklər".
PFL prezidenti "Qarabağ"ın Çempionlar Liqasında da ölkəmizi layiqli təmsil edəcəyinə inanır: "Özünüz də görürsünüz ki, son vaxtlar klublarımıza gələn legionerlər səviyyəli olurlar. Qurban müəllimin seçdiyi legionerləri bütün futbol ictimaiyyəti və azarkeşlər bəyənir. "Qarabağ" başqa klublarımız kimi transfer işində yanlışlığa yol vermir. Futbolçu seçəndə tələsmirlər, kluba xeyir verə bilən oyunçu gətirirlər. Sözsüz ki, "Qarabağ" heyətini bir qədər də gücləndirsə, Çempionlar Liqasında yaxşı nəticə qazanacaq. Bunu Qurban müəllim özü yaxşı bilir".
R.Musayev Premyer Liqamızın son turunda "Xəzər Lənkəran" - "Qarabağ" oyununun Bakıda keçirilməsi məsələsinə də aydınlıq gətirib: "Bildiyimə görə, "Xəzər Lənkəran" oyunun Bakıda keçirilməsi üçün "Qarabağ"la razılaşıb. Ancaq komandalar bunun üçün ilk növbədə Peşəkar Futbol Liqasına müraciət etməlidir. Əgər "Xəzər Lənkəran" Bakıda oynamağa razı olsa, PFL də buna etiraz etməyəcək və qərar verəcəyik".
Xatırladaq ki, son turun matçı “Xəzər Lənkəran” üçün də əhəmiyyət daşımadığından və “Qarabağ”a Bakıda, öz azarkeşləri önündə çempionluq kubokunun verilməsinə görə cənub klubu oyunun Bakıda keçirilməsinə razılıq verib.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı