Azərbaycan Premyer Liqasının 34-cü turunda "İnter"lə qarşılaşmada (4:1) het-trik edərək komandasının çempionluğunda böyük pay sahibi olan "Qarabağ"ın braziliyalı legioneri Reynaldo Silva oyundan sonra Qol.Az saytının suallarını cavablandırıb.
- "Qarabağ"la ilk çempionluğunu qeyd edirsən. Təəssüratlarını bilmək istərdik.
- Özümü çox xoşbəxt hiss edirəm. Bütün komanda yoldaşlarımı, azarkeşlərimizi təbrik edirəm. Belə məqamda insan hisslərini sözlə ifadə edə bilmir. Ümid edirəm ki, bu çempionluğun ardı gələcək.
- Oyuna het-trik etməklə həm "Qarabağ"ın tarixinə düşdün, həm də çempionluqda pay sahibi oldun.
- Qələbə qazanacağımıza inanırdım. Amma üç qol vuracağımı əvvəlcədən deyə bilməzdim. Təbii ki, müəyyən rekordlar məni də sevindirir. Ancaq ən çox məni şad edən komandamın çempionluğudur.
- İndiyədək çempionluq titulunu qazanmışdın?
- Bəli, "Anderlext"də bir dəfə çempion olmuşam. Ancaq həmin vaxt ehtiyatda qalırdım. "Qarabağ"da isə əsas heyətin üzvüyəm və sevinirəm ki, komandamın çempion olmasında mənim də əməyim az deyil.
- "Anderlext"in heyətində olarkən Çempionlar Liqasında forma geymisən?
- Yalnız bir dəfə.
- "Qarabağ"la Çempionlar Liqasında nəyə ümid edirsən?
- Düşünürəm ki, yaxşı heyətimiz var. Bu futbolçularla uğur qazanacağımıza inanıram. Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün əlimizdən gələni edəcəyik.
- Təbii ki, bu uğurlu çıxışlardan sonra səninlə maraqlanan klublar çox olacaq. Adlı-sanlı komandalardan təklif gəlsə, bunu necə dəyərləndirərsən?
- Həmişə demişəm ki, "Qarabağ"da özümü xoşbəxt hiss edirəm. Heç yerə getmək fikrim yoxdur. "Qarabağ"da qalacam. Bizi qarşıda Çempionlar Liqası kimi möhtəşəm turnir gözləyir.
Ramiq AĞAMƏMMƏDOV
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”