Mourinyodan antirekord

Mourinyodan antirekord
GÜNDƏM 1 May 2014 / 15:11 3191
-  A +

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo antirekordla Çempionlar Liqasının tarixinə düşüb.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssisin komandası ardıcıl 4 mövsümdür ki, yarımfinalda mübarizəni dayandırıb.

Bu nəticə ilə Mourinyo Çempionlar Liqasında antirekorda imza atıb. Ardıcıl 3 mövsüm Madrid "Real"ı ilə yarımfinal səddini aşa bilməyən təcrübəli mütəxəssis bu uğursuzluğu dünən "Atletiko" (Madrid) klubu ilə görüşdə (1:3) də yaşayıb.

Qeyd edək ki, sonuncu dəfə 2009/2010 mövsümündə "İnter" klubunu finala yüksəldən Mourinyo həlledici matçda "Bavariya"ya 2:0 hesabı ilə qalib gəlməklə fəxri mükafata sahib çıxmışdı.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner