Pantiç: "Bakı" avrokuboklara hazır deyil"

Pantiç: "Bakı" avrokuboklara hazır deyil"
GÜNDƏM 1 May 2014 / 13:22 1766
-  A +

"Sabahkı maraqlı oyuna hazırıq. Komandada əhval-ruhiyyə normal səviyyədədir. Amma çempionatın liderinə qarşı görüş asan olmayacaq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç klunun rəsmi saytına açıqlamasında deyib.

Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində evdə "Qarabağ"la qarşılaşacaq "Bakı"nın serbiyalı çalışdırıcısı bu görüşdə qələbə qazanmaq istədiklərini bildirib:

"Cari mövsüm “Qarabağ”a iki oyunda məğlub olub, birində qalib gəlmişik. Bu dəfə də  “Qarabağ” məğlubiyyətlə üzləşə bilər. Aparıcı oyunçularım sabah meydanda olmayacaq. Lakin bu, “Bakı”nın istəyini dəyişmir. Hər şey bizim öz əlimizdədi. Real duruma baxıb düşünmək lazımdı. Qarşıdakı oyunlara baxaq görək vəziyyət necə olacaq?! İndiki halda komandam avrokuboklarda çıxış etməyə hazır deyil”.

Qeyd edək ki, "Bakı" - "Qarabağ" oyunu sabah, saat 15:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır