"Real" 12 illik həsrətə son qoydu

"Real" 12 illik həsrətə son qoydu
GÜNDƏM 30 Aprel 2014 / 02:55 2939
-  A +

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında səfərdə "Bavariya"nı darmadağın edən (4:0) "Real" (Madrid) finala yüksələrək tarix yazıb.

Qol.Az-ın məlumatına görə, ardıcıl 4 ildir ki, yarımfinalda oynayan madridlilər "Bavariya"nı səfərdə məğlub etməklə 12 illik həsrətə son qoyublar. Belə ki, "Real" sonuncu dəfə 12 il əvvəl ÇL-ın finalına vəsiqə qazanıb. 

"Bavariya"ın meydanında ilk qələbəsini qazanan  "Real" əvvəlki 9 matçdan 8-də rəqibinə boyun əymişdi.

2011/12-ci illər mövsümündə penaltilərdə "Bavariya"ya uduzan "Real" bu qələbə ilə qisas almış oldu.

"Bavariya" isə mübarizəni dayandırmaqla ÇL-nı ardıcıl iki il qazanan ilk komanda olmaq imkanından məhrum oldu.

Daha çox


Son xəbərlər