Rövnəq Abdullayev: "Dördlər final"ı yüksək səviyyədə keçirildi"

Rövnəq Abdullayev: "Dördlər final"ı yüksək səviyyədə keçirildi"
GÜNDƏM 28 Aprel 2014 / 13:19 1534
-  A +

AFFA-nın prezidenti Rövnəq Abdullayev Bakıda keçirilmiş futzal üzrə UEFA kubokunun final mərhələsi barədə fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatıa görə, AFFA-nın rəsmi saytına danışan R.Abdullayev turnirin yüksək səviyyədə keçirildiyini bildirib:
 
"Böyük sevinc və qürur hissi ilə, əminliklə demək olar ki, ölkəmizdə daha bir beynəlxalq yarış - futzal üzrə UEFA kubokunun final mərhələsi yüksək səviyyədə təşkil olundu. İlk növbədə, bu oyunların təşkilini AFFA-ya həvalə etdiyinə görə UEFA-ya təşəkkürümü bildirirəm. "Dördlər finalı"nın Bakıda təşkil olunacağı ilə bağlı qərar verildikdən dərhal sonra hazırlıq işərinə başlandı və sevindirici haldır ki, oyunlar bütün parametrlərə görə standartlara uyğun şəkildə həyata keçirildi.

Final mərhələsinə yüksəlmiş "Dinamo" (Rusiya), "Kayrat" (Qazaxıstan), "Barselona" (İspaniya) və "Araz"ın iştirakı ilə azarkeşlər çox maraqlı oyunların şahidi oldular. Final mərhələsində bizim üçün daha bir sevindirici məqam təmsilçimiz "Araz" klubunun üçüncü yeri tutaraq mükafatçılar sırasında yer tutması oldu.

"Dördlər finalı"nın yüksək səviyyədə təşkili bizdə bir daha əminlik yaratdı ki, 2016-cı ilə Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı istər UEFA-nın, istər iştirakçı komandaların, istərsə də azarkeşlərin ürəyincə olacaq. Futzal üzrə UEFA kubokunun final mərhələsinin təşkilində böyük əmək sərf etmiş UEFA və yerli təşkilat komitəsinə, AFFA-nın əməkdaşlarına, turnirin təbliğində zəhməti olan mətbuat nümayəndələrinə, oyunların keçirildiyi Sərhədçi İdman Olimpiya Mərkəzinin rəhbərliyini və bütün kollektivinə, oyunları tribunadan izləyərək komandaları qələbəyə ruhlandıran azarkeşlərə təşəkkürümü bildirirəm".

Daha çox


Son xəbərlər