Azərbaycan futbolunda Cavadov soyadı çox məhşurdur. Bunun da səbəbi İsgəndər Cavadov və Füzuli Cavadov qardaşlarının bir vaxtlar “Neftçi”nin heyətində SSRİ çempionatında göstərdikləri oyun və qazandıqları müsbət imic olub. Bu gün həmin nəslin davamçıları qismində Vaqif Cavadov və İlqar Qurbanov ön plandadırlar. Hər iki futbolçu bu peşənin sirlərini ölkə xaricində öyrənməyə başladılar. Vaqif Rusiyanin ÇSKA, İlqar isə Türkiyənin “Fənərbağça” klublarının məktəbini keçiblər. Hazırda isə hər ikisi karyeralarını Azərbaycanda davam etdirirlər. Vaqif “Qarabağ”ın, İlqar isə “Olimpik-Şüvəlan”ın şərəfini qoruyur. Vaqif Cavadov son vaxtlar əla formada olduğu halda, İlqar Qurbanov bir qədər kölgəyə çəkilib.
Biz isə Cavadovlar ailəsinin ən məhşur simalarından olan ötənlərin məhşur futbolçusu İsgəndər Cavadova üz tutduq. Məhşur “11” nömrə qardaşı oğlu Vaqif Cavadovu və bacısı oğlu İlqar Qurbanovu bir futbolçu kimi Qol.Az üçün dəyərləndirdi
İSGƏNDƏR CAVADOV QARDAŞI OĞLU VAQİF CAVADOV HAQDA
- Vaqif tam başqa futbol məktəbi keçib. Rusiyada futbol oynamağa başlayıb, orada məktəb keçdikdən sonra Azərbaycana gəldi. Yeni mühitə düşdüyündən ilk vaxlar problemlə üzləşdi, buranın futboluna uyğunlaşa bilmirdi. Bunun bir səbəbi də odur ki, yanında güclü, usta futbolçular yox idi. Gərək oynadığın komandada səndən güclü futbolçular olsun ki, ondan baxıb nəsə öyrənəsən. Amma son vaxtlar yavaş-yavaş özünə gəlməyə başlayıb. Digər tərəfdən, onun qanında da var axı, hər necə olsa, futbol oynamaq kökdən gəlir (gülür). Amma yenə deyirəm, belə getsə, çətin qabağa getsin. Gənc futbolçunun yanında özündən güclü, usta futbolçular olmalıdır ki, ondan baxıb həm nəsə götürəsən, həm də arxayınlaşmayasan. Yəni, rəqabət də güclü olmalıdır. Bu olmadan futbolçu heç vaxt inkişaf edə bilməz.
- Bir futbolçu kimi Vaqifin zəif və güclü cəhətlərini necə dəyərləndirərdiniz? Həm bir futbol mütəxəssisi, həm də bir əmi olaraq.
- Vaqifin güclü futbolçu olması üçün hələ çox şey çatışmır. O, öz üzərində çox işləməlidir. Onun komandasında hamı Vaqif səviyyəsindədir. Səviyyəcə ondan güclü futbolçu olmalıdır ki, o da rəqabət aparıb onlardan öyrənə-öyrənə irəli getsin. Vaqif hələ ki, irsən, qandan gələn potensialın hesabına oynayır. Bayaq dediyim kimi, bir futbolçu kimi yetişməsi üçün hələ onda çatışmayan cəhət çoxdur. Amma onu da etiraf edək ki, Vaqifin potensialı var. Özü hələ cəmi 20-21 yaşındadır.
- Sizə elə gəlmir ki, Vaqif o vaxt Azərbaycana gəlməyib Moskva ÇSKA-nda qalsaydı, daha qabağa gedərdi?
- Elə bilirsiniz Moskvada qalmaq asandır? Moskvada qalmaq üçün yerli futbolçulardan beş qat üstün olmalısan. Onlarla eyni səviyyəli futbolçunu ruslar yaxına buraxmır. Üstəlik, sən azərbaycanlı olandan sonra ümumiyyətlə, sənə qarşı münasibət dəyişir. Diqqət yetirin, Aleksandr Səmədov niyə Rusiya millisinə düşə bilmədi? Çünki azərbaycalıdır. Əgər o, rus və yaxud, xristian olsaydı, çoxdan Rusiya millisinə dəvət almışdı və aparıcı futbolçuya çevrilmişdi. Elə öz təcrübəmdən də deyə bilərəm ki, o vaxt azərbaycanlı olduğum üçün SSRİ millisinin də qapıları mənim üzümə bağlanmışdı.
- Əksəriyyət belə düşünür ki, Vaqif hazırda yaxşı formadadır, üstəlik gəncdir və təcili Azərbaycandan çıxmalıdır. Əks halda, daha da güclü futbolçu ola bilməyəcək. Sizin bu məsələyə münasibətiniz necədir?
- Təkcə Vaqif yox, bizdə bir neçə gənc futbolçu var ki, onlar hamısı Azərbaycandan çıxmalıdır. Amma təkrar edirəm ki, bu, asan məsələ deyil. Mən hələ Avropanı qoyuram bir kənara. Rusiyada, lap elə Ukrayna, Türkiyədə oynamaq üçün sən onlardan beş qat güclü olmalısan ki, səni qəbul etsinlər. Yoxsa, bu cür futbolçular onların özündə doludur. Gəlin, obyektiv danışaq. Bizim gənc, istedadlı hesab etdiyimiz futbolçulardan adlarını çəkdiyim ölkələrdə kifayət qədərdir. Sən onlardan qat-qat güclü olmasan, heç vaxt kənara çıxa bilməyəcəksən. Məsələn, Vaqifi Almaniya milli komandasının baş məqşqçisi də təriflədi və onun Bundesliqada oynamağa layiq olduğunu dedi. Deməli, qabında nəsə var. Qalır öz üzərində işləyib daha da artırmaq. Bir də fiziki hazırlığa xüsusi fikir verməlisən. Futbolçu unutmamalıdır ki, o fiziki cəhətdən nə yığsa 25 yaşına kimi yığacaq. 25 yaşdan sonra futbolçu artıq gücün yox, ağlın hesabına oynayır. 25 yaşlı futbolçu heç vaxt 19 yaşlı gənckimi qaça bilməz.
İSGƏNDƏR CAVADOV BACISI OĞLU İLQAR QURBANOV HAQDA
- Vaqif haqqında dediklərim İlqara da aiddir. Onun da gözəl potensialı var. İstəsə, öz üzərində səylə çalışsa, güclü futbolçu ola bilər.
- Çoxları fikirləşir ki, İlqar vaxtilə “Fənərbaxça”nı qoyub “Xəzər Lənkəran” gəlməsəydi, daha çox irəli gedərdi. Hər halda o, İstanbul klubunun əvəzedici komandasının kapitanı idi.
- Rusiya haqqında dediyim fikirləri Türkiyə haqqında da demək istəyirəm. Hamı deyir ki, İlqar niyə gəldi, “Fənərbağça”da qalsaydı daha qabağa gedərdi. Axı Türkiyə futbolu zəif deyil. Orada da oynamaq üçün yerli futbolçulardan xeyli güclü olmalısan. Türkiyədə hər əcnəbini qəbul etmirlər.
- Amma İlqarın psixologiyası, iradəsi da güclü deyildi. Onu bir oyun ehtiyatda saxlayanda tez həvəsdən düşürdü. Nəticədə nə “Sivasspor”da, nə də “Boluspor”da möhkəmlənə bildi. İndii Azərbaycanda “Olimpik-Şüvəlan”da oynaıır.
- Psixoloji durum da səbəb kimi göstərilə bilər. Amma burada məşqçidən də çox şey aslıdır. O, gərək hər futbolçu ilə dil tapa, onların hər birinin psixologiyasını dərindən bilsin. Məsələn, Əhməd Ələsgərov bu cəhətdən əsl psixiloq idi. O, bizi oyuna elə hazırlayırdı ki, futbolçunun özünəinam hissi on dəfə artırdı. Amma indiki məşqçilərdə bu yoxdur.
- Yəqin ki, İlqarın da yenidən ölkə xaricinə çıxmasının tərəfdarısınız?
- Bilirsiniz, indi elə hamı deyir ki, filan futbolçumuz gəncdir, istedadı var və mütləq ölkədən kənara çıxmalıdır. Amma belə pafoslu çıxış da lazım deyil axı. Futbolçunu zorla əcnəbi kluba göndərmək olmaz. O, gərək kənarda oynamağa hazır olsun. Burada futbolçunun da üzərinə böyük məsuliyyət düşür. O, gərək düşünsün ki, mən bu ölkəyə, bu kluba gedirəm. Amma orada oynaya biləcəm, ya yox? Bax əsas məsələ budur. Avropa futbolu tamam başqadır. Biz indiki güclə onlarla ayaqlaşa bilmərik. O gün Mingəçevirdə ölkə çempionatının ilk turu çərçivəsində “Qəbələ” - “Simurq” matçına baxırdım. Hər 15-20 dəqiqədən bir hamı su qablarına cumurdu. Bu cür fiziki güclə Avropada necə oynamaq olar?
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər