Fransa Liqasında 34-cü turun növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə yeddi qarşılaşma baş tutub.
Maraqlıdır ki, məhsuldarlığı ilə seçilən görüşlərdə qapılara 27 qol vurulub.
"Monako" öz meydanında "Nitsa"nı məğlub edib - 1:0. "Ayaçço" səfərdə "Bastia"ya uduzub - 1:2. "Bordo" doğma meydanda "Guingamp"ı darmadağın edib - 5:1. "Lorient" - "Monpelye" matçında qapılara 8 qol vurulsa da, qalib müəyyənləşməyib - 4:4. "Reims"in qonağı olan "Soşo" 1:0 hesablı qələbə qazanıb. "Valensien" "Nantı" səfərdə darmadağın edib - 6:2. "Marsel" - "Lill" oyununda isə hesab açılmayıb.
Qeyd edək ki, tura aprelin 23-də keçirililəcək iki oyunla yekun vurulacaq.