Messi "Barselona"dan 4 ilinə 400 milyon avro tələb edir

Messi "Barselona"dan 4 ilinə 400 milyon avro tələb edir
GÜNDƏM 18 Aprel 2014 / 14:38 3873
-  A +

"Barselona" klubu komandanın hücumçusu Lionel Messi ilə yeni müqavilə imzalamaqda israrlıdır.

Qol.Az-ın "Sport.es"ə istinadən verdiyi məlumata görə, Kataloniya klubu futbolçunun imicindən gələn gəlirin 20 faizini saxlamaqla Messiyə növbəti 5 il üçün 200 milyon avro təklif etməyə hazırlaşır.

Lakin Messi "Barselona"dan 4 ilinə 400 milyon avro tələb edir. Buraya reklamdan gələn gəlirin bölüşdürülməsi daxil deyildir. Euromericas İdman Marketinqi isə Messinin qiymətinin 492 milyon avroya bərabər olduğunu açıqlayıb.

Qeyd edək ki, Messi hazırda dünyanın illik gəliri yüksək olan (41,3 milyon dollar) 10 idmançısından biridir.

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə