“Qvardiola "Barselona"ya qaytarılmalıdır”

“Qvardiola "Barselona"ya qaytarılmalıdır”
GÜNDƏM 17 Aprel 2014 / 15:35 3601
-  A +

"Barselona"nın əfsanəvi futbolçusu olmuş Yohan Kroyf klubun keçmiş baş məşqçisi Pep Qvardiolanın yenidən Kataloniya təmsilçisində işləməsini istəyir.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, təcrübəli mütəxəssisin "Barsa"ya qayıtmasının komandaya fayda verəcəyini düşünür:

"Rəhbərlik Qvardiolanı yenidən "Barselona"ya gətirməlidir. Əgər Xuan Laporta prezident olsa, ilk növbədə bunu etməlidir. Çünki “Barselona” üçün ən yaxşısı Qvardiolanın qayıtması olacaq".

Qeyd edək ki, P.Qvardiola 2008-2012-ci illərdə "Barsa”nı çalışdırıb.

Daha çox


Son xəbərlər