Qvardiola: "Belə davam etsək, finala yüksələ bilməyəcəyik"

Qvardiola: "Belə davam etsək, finala yüksələ bilməyəcəyik"
GÜNDƏM 16 Aprel 2014 / 10:28 2375
-  A +

"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola komandasının son çıxışlarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, "L'Equipe"yə danışan ispaniyalı mütəxəssis "Bavariya"nın Bundesliqanın son turlarında sərgilədiyi oyunla Çempionlar Liqasının finalına yüksələ bilməyəcəyini bildirib:

"Əgər belə oynamağa davam etsək, o zaman Çempionlar Liqasının da finalına yüksələ bilməyəcəyik. Komanda hazırda təhlükəli vəziyyətdədir. Futbolçular oyuna köklənə bilmirlər, çox gec düşünür və ləng hərəkət edirlər. Bütün bunlar yaxşı oyun sərgiləməyimizə mane olur".

Qeyd edək ki, Bundesliqada çempionluğunu elan edən "Bavariya" Çempionlar Liqasının yarımfinalında "Real" (Madrid) klubu ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq