Şehiç: "Qarabağ"ın uğuru çıxışıma ən yaxşı qiymətdir"

Şehiç: "Qarabağ"ın uğuru çıxışıma ən yaxşı qiymətdir"
GÜNDƏM 14 Aprel 2014 / 18:50 2539
-  A +

"Qarabağ"ın Avropa klubları arasında ən az qol buraxan komanda olması tək mənim uğurum deyil. Bu göstəricini bütün komandanın adına yazmaq lazımdır".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın qapıçısı İbrahim Şehiç klubun rəsmi saytına açıqlamasında deyib.

Bosniyalı qolkiper "Qarabağ"ın uğurunda təkcə özünün deyil, bütün futbolçuların əməyinin olduğunu bildirib: "Biz həm müdafiədə, həm də hücumda kompakt şəkildə çıxış edirik. Nəticədə bugünki nəticəni əldə etmişik. Bu sadəcə mənim və ya müdafiəçilərin deyil, bütün komandanın əməyidir. Bunlar heç də əsas deyil. Vacib olan çempionluq uğrunda mübarizədir. Qızıl medalları qazansaq, o zaman əlavə göstəricilərdən danışmaq olar. 

Milli komandaya gəlincə. Ölkəmin mətbuatı tez-tez çıxışımla maraqlanır. Hər halda belə göstərici heç kimin diqqətindən qaçmaz. Sonuncu dəfə qış tətili zamanı millinin baş məşqçisi ilə görüşmüşəm. Mənə dedi ki, əvvəlki formanı bərpa etsən millinin qapıları üzünə açıqdır. Zənnimcə, "Qarabağ"ın cari uğuru çıxışıma ən yaxşı qiymətdir. Millinin formasını daşımaq şərəfdi. Dünya çempionatına kimi hələ var. İnanıram ki, yayda millinin heyətində Braziliyada olacam".

Daha çox


Son xəbərlər