Syomin: "Ebesilio və Niassenin olmaması oyunumuza təsir edir"

Syomin: "Ebesilio və Niassenin olmaması oyunumuza təsir edir"
GÜNDƏM 12 Aprel 2014 / 17:54 1933
-  A +

"Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Xüsusən də ilk hissədəki epizodlarda qol vurmalı idik. Oyun heç-heçə başa çatdı. Komanda əlindən gələn qədər nəticə göstərməyə çalışır, yaxşı məşq edir. Təəssüf ki, bunun nəticəsini görmürük".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin AZAL-la oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis Ebesilio və Niassenin olmamasının komandanın oyununa mənfi təsir göstərdiyini bildirib: "Ebesilio və Niassenin olmaması oyunumuza təsir edir, hər ikisi yaradıcı futbolçudur. Bugünkü oyuna da yaxşı köklənmişdik. Keyfiyyətli oyun göstərmək lazımdır, ustalıq səviyyəsi olmalıdır ki, Kamanan və Subotiç yaradılan qol imkanlarından istifadə etsinlər. Komanda kubok oyunlarında uğur qazanıb özünəinamı bərpa etməlidir".

Daha çox


Son xəbərlər