Mustafa Dənizli: "Bu oyun bizə dərs oldu"

Mustafa Dənizli: "Bu oyun bizə dərs oldu"
GÜNDƏM 12 Aprel 2014 / 17:28 3025
-  A +

"Oyun azarkeşlərə zövq verdi. Matçda futbol adına hər şey var idi. 3 xalı qazana bilmədik. Premyer Liqada Avropa Liqasına vəsiqə qazanmaq üçün şansımız olmadığı üçün fikrimizi toparlaya bilmirik".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizli "Bakı" ilə oyundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis bugünkü oyunun onlara dərs olduğunu bildirib: "Kubokda daha uğurlu olmaq üçün bugünkü oyun bizə bir dərs oldu. Premyer Liqa bizim üçün hal-hazırda ikinci planda olduğu üçün əsas heyətin bəzi futbolçularına istirahət verməyim adi haldır”.

Daha çox


Son xəbərlər