Mustafa Dənizli: "Hesab arasındakı fərq daha çox ola bilərdi"

Mustafa Dənizli: "Hesab arasındakı fərq daha çox ola bilərdi"
GÜNDƏM 5 Aprel 2014 / 21:13 3249
-  A +

"Çətin oyun idi. “Qəbələ” güclü rəqibdir, kubokda da qarşılaşacağıq. Bizim üçün kubok oyunu da çətin olacaq. “Qəbələ” hesabı bərabərləşdirmək üçün son dəqiqələrdə irəli atıldı".

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Xəzər Lənkəran"ının baş məşqçiai Mustafa Dənizli Topaz Premyer Liqada "Qəbələ"ni məğlub etdikləri oyundan (1:0) sonra deyib.

Türkiyəli mütəxəssis qeyd edib ki, hesab arasındakı fərq daha çox ola bilərdi.

"Qarşıda “Bakı” ilə oyunumuz var. Ondan sonra kubok oyununa hazırlaşacağıq” - deyə M.Dənizli bildirib.

Daha çox


Son xəbərlər