"Qarabağ" dünya reytinqində gerilədi

"Qarabağ" dünya reytinqində gerilədi
GÜNDƏM 4 Aprel 2014 / 16:07 3173
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, 200 klubun yer aldığı siyahıda ölkəmizi yenə bir komanda təmsil edir.

Ötən ayla müqayisədə 2 pillə geriləyən "Qarabağ" klubu 112-ci pillədə qərarlaşıb. Aktivində 126 xal olan Ağdam təmsilçisi Serbiyanın "Voyvodina" klubu ilə eyni pilləni bölüşür. Qurban Qurbanovun komandası dünya reytinqində "Liverpul" (131), "Everton" (133), "Monako" (136), "Atletik" (Bilbao, 146), "Volfsburq" (154) kimi komandaları geridə qoyub. 

Siyahıya isə ötən mövsüm bütün titulları qazanan "Bavariya" klubu başçılıq edir. Hesabına 383 xal olan Münhen təmsilçisi bütün rəqiblərini qabaqlayıb. Madrid "Real"ı ikinci, "Barselona" isə üçüncü olub.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu