"Rəvan" klubunun vitse-prezidenti Bəhruz Şirəliyev AFFA prezidenti Rövnəq Abdullayevin qurumun rəsmi saytına müsahibəsində növbəti mövsümdən etibarən Topaz Premyer Liqada gözlənildiyi kimi 12 deyil, 10 komandanın mübarizə aparacağını söyləməsinə münasibət bildirib.
Qol.Az saytına açıqlamasında klub rəsmisi gələn mövsüm üçün nəzərdə tutulan qərarın onlar üçün gözlənilməz olmadığını deyib:
"Əvvəlcədən məlum idi ki, güclülər dəstəsini bir komanda tərk edəcək. Sadəcə AFFA İcraiyyə Komitəsinin son iclasından sonra müəyyən bir dəyişiklik olunacağı ehtimalı var idi. İclasda deyilmişdi ki, imkan olsa, komandaların sayı artırılsın. Biz işimizi bilirdik. Onsuz da sonuncu pillədə qalmaq istəmirdik. Autsayder olmaq bizim üçün xoş deyildi. Gördüyünüz kimi qışda bir sıra transferlər həyata keçirdik. Hazırda kuboka da iddialıyıq. Çalışacağıq ki, bundan sonra çempionat oyunlarında da qələbə qazanaq və sonuncu pillədən uzaqlaşaq. Bundan sonra komanda daha məsuliyyətli olmalıdır. Bu qərar idman prinsiplərinin qorunduğunu göstərir".
B.Şirəliyev qeyd edib ki, buna qədər komandası əsasən kubok oyununa ciddi önəm verirdisə, bundan sonra çempionatda da var gücünü sərf etməyə məcburdur: "Ola bilər ki, bu qərar bir qədər işimizi çətinləşdirsin. Bilirsiniz ki, bundan öncə baş məşqçimiz kubok oyununu ön plana çəkərək, çempionatın bəzi oyunlarında aparıcı futbolçulara istirahət vermişdi. Ancaq bundan sonra belə olmayacaq. Hər iki istiqamətdə tam məsuliyyətlə mübarizə aparacaq".
Qeyd edək ki, R.Abdullayev bildirib ki, 2014-2015-ci il mövsümündə I diviziondan Topaz Premyer Liqasına bir komanda yüksələcək və müvafiq olaraq, cari mövsümün yekunlarına əsasən, yüksək liqada turnir cədvəlinin sonuncu pilləsini tutan klub I diviziona düşəcək. Bu isə o deməkdir ki, "Rəvan" və ya "Sumqayıt" klubu gələn mövsümdən elitanı tərk edə bilər. Belə ki, hazırda bu komandalar turnir cədvəlinin aşkar autsayderləridir.
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə
"Mançester Siti" "Liverpul"un ulduz futbolçusu ilə razılaşdı
"Qalatasaray" Rafael Leaonun transferini açıqladı
"Fənərbaxça"dan ayrıldı, "Ayaks"a keçdi
Azərbaycan millisinin üzvü "Sampdoriya"da debüt etdi
Emiliano Martines "Çelsi"də - Rəsmi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Rüfət İsraildə gözəl qol vurdu - Video
“Qarabağ”dan bu yayın 11-ci transferi - Rəsmi
"Barselona" bu futbolçunu satdı
5 qol və "Qalatasaray"ın qələbəsi - Video
"Araz-Naxçıvan"ın bütün rəqibləri bilindi
Yankoviç “Qarabağ”dan ayrılacaqmı? - Son xəbər…
"Borussiya" qalib gəldi, "Bayer" uduzdu
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze