AFFA İntizam Komitəsinin bu gun keçirilən iclasında “Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlının cəzalandırılmaması “Neftçi”nin etirazına səbəb olub.
Qol.Az-ın xəbərinə görə, Topaz Premyer Liqanın “Neftçi”yə qarşı son matçında O.Sadıqlı azarkeşlərə orta barmağını göstərib. Bundan əvvəl isə “Xəzər Lənkəran”la oyunda “Neftçi”nin müdafiəçisi Mahir Şükürov eyni hərəkəti etmiş və üç oyunluq cəza almışdı.
“Neftçi”nin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhəbri Gündüz Abbaszadə Qol.Az saytının müxbiri ilə söhbətində AFFA İntizam Komitəsini ədalətsizlikdə günahlandırıb:
"Neftçi" klubunun "Xəzər Lənkəran" və Orxan Sadıqlı ilə heç bir işi yoxdur. Orxan özü də səhv etdiyini etiraf edib. O, Azərbaycanın ümidlər bəslənən gənc qapıçılarından biridir. Bizim etirazımız AFFA-nın İntizam Komitəsinədir. Söhbət ikili standartlardan gedir. Orxanın etdiyi eyni ədəbsiz jesti Mahir Şükürov "Xəzər Lənkəran"a qarşı yerli azarkeşlərə qarşı görüşdə etmişdi. Ancaq Şükürov üç oyunluq cəzalandırıldığı halda, Orxan Sadıqlıya cəza veriməyib. Bizi narahat edən məqam da budur".
Klub rəsmisi "Neftçi"yə qarşı daha sərt qərarların qəbul olunduğunu deyib: "Bununla bir daha sübut olunur ki, "Neftçi"yə qarşı təzyiqlər var. Ümid edirik ki, İntizam Komitəsi bunu nəzərə alacaq və bundan sonra klublara ikili standartlarla yanaşmayacaq. Söhbət təkcə "Neftçi"dən getmir. Eləcə də digər klubların haqqı tapdanmamalıdır. Kimliyindən asılı olmayaraq, heç bir futbolçu cəzasız qalmamalıdır".
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə
"Mançester Siti" "Liverpul"un ulduz futbolçusu ilə razılaşdı
"Qalatasaray" Rafael Leaonun transferini açıqladı
"Fənərbaxça"dan ayrıldı, "Ayaks"a keçdi
Azərbaycan millisinin üzvü "Sampdoriya"da debüt etdi
Emiliano Martines "Çelsi"də - Rəsmi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Rüfət İsraildə gözəl qol vurdu - Video
“Qarabağ”dan bu yayın 11-ci transferi - Rəsmi
"Barselona" bu futbolçunu satdı
5 qol və "Qalatasaray"ın qələbəsi - Video
"Araz-Naxçıvan"ın bütün rəqibləri bilindi
Yankoviç “Qarabağ”dan ayrılacaqmı? - Son xəbər…
"Borussiya" qalib gəldi, "Bayer" uduzdu
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze