Çixradze: "İkinci hissədə özümüzə gəldik"

Çixradze: "İkinci hissədə özümüzə gəldik"
GÜNDƏM 29 Mart 2014 / 18:15 1351
-  A +

"Oyuna pis başladıq. Çoxlu səhvlər buraxdıq, qapımızda ardıcıl iki qol gördük. Rəqib ikinci hissəni azlıqda keçirsə də, oyunun əvvəlində buraxdığımız səhvlər ucbatından qalib gələ bilmədik".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Simurq" klubunun baş məşqçisi Gerogi Çixradze "Bakı" ilə oyundan sonra (1:2) keçirilən mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis komandasının ikinci hissədə daha yaxşı oynadığını bildirib: "İkinci hissədə özümüzə gəldik, qollardan birinin əvəzini çıxdıq. Lakin ardını gətirə bilmədik. Hər bir futbolçu səhv edə bilər”.

Daha çox


Son xəbərlər