Xəbər verdiyimiz kimi, artıq ənənəyə çevrilən "Qəbələ” kubokunun keçirilmə vaxtı məlumdur. 15 yaşa qədər futbolçular arasında baş tutacaq III "Qəbələ” kuboku turniri 29 may - 1 iyun tarixində gerçəkləşdiriləcək.
"Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov Qol.Az saytına müsahibəsində turnir, həmçinin Fransanın "Lion" klubu ilə "Qəbələ"nin gələcək əməkdaşlığı haqda danışıb.
- Artıq III "Qəbələ" kuboku turnirinə bir ay vaxt qalıb. Turnirə hazırlıqlar necə gedir? Bütün iştirakçıların adı məlumdur?
- Demək olar ki, yarışa tam hazırıq. Hər şey qaydasındadır. Yalnız sonuncu iştirakçının adı hələlik məlum deyil Bu məsələ də yəqin ki, gələn həftə öz həllini tapacaq.
- Bu, hansı komanda ola bilər?
- Hazırda Madridin "Atletiko" klubu ildə danışıqlar gedir. Onlardan cavab gözləyirik. Əgər alınmasa, digər komandalarla müzakirə aparacağıq. Ancaq hələ ki, bizim üçün "Atletiko"nun gəlməsi önəmlidir.
- Yerli klublarımızdan turnirə qatılan olacaq?
- Bəli, bu il "Neftçi" klubu dəvət olunub. Bundan başqa Türkiyədən "Fənərbaxça", Rusiyadan "Lokomotiv" (Moskva), Belçikadan "Anderlext" və Fransadan "Marsel" klubunun iştirak edəcəyi dəqiqdir. Bu komandalardan bəziləri ilk dəfə "Qəbələ" kuboku turnirunə qatılacaq.
- Ötən il turnirə qatılan "Barselona" bu dəfə niyə dəvəti qəbul etmədi?
- "Barselona" bizim dəvətimizdən əvvəl başqa bir turnirdə iştirak edəcəyini təsdiqləyib.
- Bu yaxınlarda Fransanın "Lion" klubunun akademiyasında oldunuz. Səfərdən hansı təəssüratlarla qaytıdınız? "Lion"la əməkdaşlıq çərçivəsində hansı məsələlər gündəmdir?
- Hazırda bu məsələyə əməkdaşlıq demək olmaz. Bu, bizim ilk görüşümüz, tanışlığımız idi. "Lion" Avropanın ən aparıcı akademiyalarından birinə sahibdir. Bizim tərəfimizdən qarşı tərəfə görüş təklif olundu. Onlar da bunu müsbət qiymətləndirdi. Səfərimiz uğurlu keçdi. Orada bizi çox yaxşı qarşıladılar. Əməkdaşlıq haqda şifahi danışıq aparıldı. Qarşı tərəfdən bizə hansısa təklif olunsa, bunu müzakirə edib, dəyərləndirəcəyik. Hələ ki, danışıqlarımız akademiya səviyyəsindədir. Gələn il keçiriləcək IV "Qəbələ" kuboku turnirinə "Lion"ın 15 yaşlı futbolçulardan ibarət komandası da qatılmaq istəyir. Bu il də onlar gələ bilərdilər. Ancaq hazırda sıx qrafiklə oynadıqları üçün səfərləri alınmadı.
- Əməkdaşlıq çərçivəsində "Lion"un əsas komandasının "Qəbələ" ilə yoldaşlıq oyunu keçirməsi planlaşdırılır?
- Əlbəttə, bu məsələlər hamısı müzakirə olunub. "Lion" digər klublarla da əməkdaşlıq edir. Onlar bu əməkdaşlıq çərçivəsində yoldaşlıq görüşləri keçiriblər. Bizimlə danışıqlarda da məhz bu məsəslə müzakirə olundu. "Lion"un Qəbələyə gəlməsi gözlənilir. Bundan əlavə müxtəlif yaş qrupları üzrə komandalarımız arasında yoldaşlıq oyunları da planlaşdırılır. Təbii ki, bütün bunlar haqda yazılı şəkildə razşılşma olduqdan sonra danışmaq olar.
Ramiq AĞAMƏMMƏDOV
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə
"Mançester Siti" "Liverpul"un ulduz futbolçusu ilə razılaşdı
"Qalatasaray" Rafael Leaonun transferini açıqladı
"Fənərbaxça"dan ayrıldı, "Ayaks"a keçdi
Azərbaycan millisinin üzvü "Sampdoriya"da debüt etdi
Emiliano Martines "Çelsi"də - Rəsmi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Rüfət İsraildə gözəl qol vurdu - Video
“Qarabağ”dan bu yayın 11-ci transferi - Rəsmi
"Barselona" bu futbolçunu satdı
5 qol və "Qalatasaray"ın qələbəsi - Video
"Araz-Naxçıvan"ın bütün rəqibləri bilindi
Yankoviç “Qarabağ”dan ayrılacaqmı? - Son xəbər…
"Borussiya" qalib gəldi, "Bayer" uduzdu
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze