UEFA-dan "Bazel"ə ağır cəza

UEFA-dan "Bazel"ə ağır cəza
GÜNDƏM 27 Mart 2014 / 13:17 2196
-  A +

"Bazel"  Avropa Liqasının 1/4 finalında "Valensiya" ilə ilk matçı azarkeşsiz oynayacaq.

Qol.Az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, qitənin ali futbol qurumu İsveçrə təmsilçisini iki oyunluq cəzalandırıb. Buna Avropa Liqasının 1/8 finalında "Zalsburq"la cavab qarşılaşmasında klubun azarkeşlərinin yandırıcı maddələrdən istifadə etməsi səbəb olub. "Bazel"  UEFA-ya 107 min avro cərimə də ödəyəcək.

Qeyd edək ki, "Bazel"in qərardan apelyasiya şikayəti verəcəyi gözlənilir.

Daha çox


Son xəbərlər