“Milan” Zeedorfu qovur

“Milan” Zeedorfu qovur
GÜNDƏM 20 Mart 2014 / 16:45 4486
-  A +

“Milan” baş məşqçisi Klarens Zeedorfa ciddi xəbərdarlıq ünvanlayıb.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi hollandiyalı məşqçidən A seriyasının qarşıdakı iki səfər oyununda  - “Latsio” (23 mart) və “Fiorentina” ilə matçlarda uduzmamağı tələb edib. 

Əsk halda, Zeedorf komandadan qovulacaq və onu bu vəzifədə hazırkı köməkçisi  Mauro Tassotti əvəzləyəcək.

Yeni mövsümdən isə “Milan”a klubun gənclərdən ibarət komandasının baş məşqçisi Filippo İnzagi rəhbərlik edəcək.

Xatirladaq ki, hazırda “Milan” A seriyasında 11-ci pilləni tutur. Komanda ölkə kubokunda (1/4 final) və Çempionlar Liqasında (1/8 final) mübarizəni erkən dayandırıb.

Daha çox


Son xəbərlər