Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, 8 oyunla bütün 1/4 finalçılar müəyyənləşib.
Günün ilk qarşılaşması Rusiyada baş tutub. Burada yerli "Anji" klubu "AZ Alkmaar"ı sınağa çəkib. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan Mahaçqala təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Ancaq istəyinə nail ola bilməyən "Anji" 0:0 hesablı qolsuz bərabərliklə kifayətlənərək mübarizəni dayandırıb.
Öz meydanında "Tottenhem"i qəbul edən "Benfika" isə 2:2 hesabı ilə bərabərə qalıb. Portuqaliya təmsilçisi ilk matçda 3:1 hesabı ilə qalib gəldiyi üçün 1/4 yüksəlib.
Birinci oyunda 4:1 hesabı ilə qalib gələn "Lion" "Viktoriya"nın qonağı olub. Bu matçda Fransa təmsilçisi 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, növbəti mərhələyə adını yazdırıb.
"Yuventus" isə səfərdə "Fiorentina"ya minimal hesabla qalib gələrək 1/4 finala vəsiqəni təmin edib.
İspaniya derbisində "Betis" - "Sevilya" oyunları keçirilib. Qarşılaşmada əsas hissə qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Sevilya" ilk matçda eyni hesabla məğlub olduğundan əlavə vaxt oynanılıb. Hesab dəyişilmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Bu seriyada daha dəqiq oynayan "Sevilya" (4:3) 1/4 finala yüksəlib. 1/8finalın maraq doğuran digər qarşılaşması Neapolda "Napoli" və "Portu" komandaları arasında baş tutub. Bu komandalar arasında ilk oyun "Portu"nun 1:0 hesabı qələbəsi ilə başa çatmışdı. "Napoli" bu qarşılaşmada 2:2 hesabı ilə bərabərə qalaraq Avropa Liqasında mübarizəni dayandırıb.
Beləlklə, Bazel","Portu","Sevilya","AZAlkmaar","Benfika","Lion","Yuventus" və "Valensiya" vəsiqə qazanib.
Qeyd edək ki, Avropa Liqasının 1/4 finalının püşkü sabah, Bakı vaxtı ilə saat 16:00-da atılacaq.
20 mart
Avropa Liqası, 1/8 finalın ilk oyunları
00:05. "Zalsburq" (Avstriya) - "Bazel" (İsveçrə) (İlk oyun - 0:0) - 1:2
Qollar: Soriano, 22 (1:0), Streller, 50 (1:1), Sauro, 60 (1:2)
Qırmızı vərəqə: Suxi, 9 ("Bazel")
00:05. "Napoli" (İtaliya) - "Portu" (Portuqaliya) (İlk oyun - 0:1) - 2:2
Qollar: Pandev, 21 (1:0), Qilas, 69 (1:1), Kuarejma, 76 (1:2) Zapata, 90 (2:2)
00:05. "Betis" (İspaniya) - "Sevilya" (İspaniya) (İlk oyun - 2:0) - 0:2 (Penaltilər seriyası: 3-4)
Qollar: Reyes, 20 (0:1), Karlos, 75 (0:2)
21:00. "Anji" (Rusiya) - "AZ Alkmaar" (Hollandiya) (İlk oyun - 0:1) - 0:0
22:00. "Benfika" (Portuqaliya) - "Tottenhem" (İngiltərə) (İlk oyun - 3:1) - 2:2
Qollar: Qaray, 34 (1:0), Şadli, 78 (1:1), 79 (1:2), Lima, 90+5-pen (2:2)
22:00. "Viktoriya" (Çexiya) - "Lion" (Fransa) (İlk oyun - 1:4) - 2:1 Qollar: Qomis, 45+3 (0:1), Kolar, 60 (1:1), Teçl, 62 (2:1)
22:00. "Fiorentina" (İtaliya) - "Yuventus" (İtaliya) (İlk oyun - 1:1) - 0:1 Qol: Pirlo, 71 (0:1)
Qırmızı vərəqə: Rodriqes, 69 ("Fiorentina")
22:00. "Valensiya" (İspaniya) - "Ludoqorets" (Bolqarıstan) (İlk oyun - 3:0) - 1:0
Qol: Alkasar, 59 (1:0)
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə
"Mançester Siti" "Liverpul"un ulduz futbolçusu ilə razılaşdı
"Qalatasaray" Rafael Leaonun transferini açıqladı
"Fənərbaxça"dan ayrıldı, "Ayaks"a keçdi
Azərbaycan millisinin üzvü "Sampdoriya"da debüt etdi