Pantiç: "Çempionatda çoxlu yoldaşlıq oyunları görəcəyik"

Pantiç: "Çempionatda çoxlu yoldaşlıq oyunları görəcəyik"
GÜNDƏM 16 Mart 2014 / 17:40 2976
-  A +

“Çətin oyun oldu, çempionatın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Məğlub olmadığımıza sevinirəm. İki xal itirdiyimizə də üzülürəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis "Bakı"da olan hücumçu çatışmazlığından və "Rəvan"la keçiriləcək kubok oyunundan danışıb: "Seçim üçün çox oyunçumuz yoxdur. Raufun zədələnməsi bizi üzdü. Bizdə hücumçu çatışmazlığı var, bunu hamı görür. Rauf hər oyunda meydana çıxır, yaxşı oyunçudur. Subotiç mükəmməl qol vurdu.  Qarşıda “Rəvan”la kubokun cavab oyunu var. Komandaların aşağı liqaya düşməyəcəyi haqqında qərar onlarda arxayınlıq yaratdı. Çempionat ərzində çoxlu yoldaşlıq oyunları görəcəyik".

Daha çox


Son xəbərlər