Fariz Məmmədov nokautla qalib gəldi

Fariz Məmmədov nokautla qalib gəldi
GÜNDƏM 16 Mart 2014 / 10:25 2638
-  A +

Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov növbəti döyüşünü keçirib.

Qol.Az-ın məlumatına görə, Almaniyanın Şenberq şəhərində baş tutan reytinq xarakterli döyüşdə idmançımızın rəqibi mərakeşli Samir Boukrara olub.

F.Məmmədov döyüşün ikinci raundunun ilk dəqiqəsində rəqibini texniki nokautla məğlub edib. 

Xatırladaq ki, yeddi illik fasilədən sonra 2012-ci ildə yenidən peşəkar rinqə qayıdan F.Məmmədov son iki ildə keçiridiyi beş döyüşün dördünü qələbə ilə başa vurub. Onun növbəti döyüşü isə revanş xarakterli olacaq. O, ötən ilin sonunda Qəbələdə üz-üzə gəldiyi almaniyalı Matias Pelklə münasibətlərinə aydınlıq gətirəcək.  Qarşılaşmanın may və ya iyun ayında keçirilməsi planlaşdırılır.

   

Daha çox


Son xəbərlər