Pantiç: "Rəvan" arzuolunmaz rəqibdir"

Pantiç: "Rəvan" arzuolunmaz rəqibdir"
GÜNDƏM 12 Mart 2014 / 18:09 1403
-  A +

"Çətin oyun oldu. “Rəvan” hər bir komanda üçün arzuolunmaz rəqibdir. Yeni baş məşqçi ilə komanda çox dəyişib".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Rəvan"la kubok matçından (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis komandasının bu gün yaxşı oynadığını bildirib: "AFFA İcraiyyə Komitəsinin qərarından sonra “Rəvan” daha rahat oynayır. Bu gün bizə qarşı var gücü ilə oynadılar. Buna baxmayaraq, biz yaxşı oynadıq. Qarşıda cavab oyunu var, rəqibə hörmətlə yanaşırıq. İkinci qolu vursaydıq, daha yaxşı olardı”.

Daha çox


Son xəbərlər