Fariz Məmmədovun rəqibi dəyişdi

Fariz Məmmədovun rəqibi dəyişdi
GÜNDƏM 11 Mart 2014 / 18:28 1611
-  A +

Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov martın 15-də növbəti döyüşünü keçirəcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, lakin bu görüş planlaşdırıldığı kimi alman Mattias Pelkə qarşı deyil, digər təcrübəli boksçu Samir Boukraraya qarşı baş tutacaq.

Pelklə görüşün baş tutmamasına səbəb Almaniya təmsilçisinin döyüşə 2 həftə qalmış zədələnməsi olub. Bu barədə açıqlama verən Fariz Məmmədov Boukrara ilə planlaşdırılan qarşılaşmanın təfərrüatlarından danışıb:

"Bildiyiniz kimi bir neçə gün sonra almaniyalı Mattias Pelklə revanş döyüşündə üz-üzə gəlməli idim. Lakin Pelkin zədələnməsi sözügedən görüşün təxirə salınması ilə nəticələndi. Əvəzində reytinq xarakterli 8 raundluq döyüşdə rinqə çıxacağam. Bu qarşılaşmada mərakeşli Samir Boukrara ilə üz-üzə gələcəyəm.

Rəqibimin 36 yaşı var. Peşəkar rinqdə təcrübəsi böyükdür, çoxlu vacib qələbələri var. Bu mənim üçün Pelklə görüşöncəsi vacib döyüş olacaq. O ki qaldı revanşın vaxtına, bu Mattiasın müalicə müddətindən asılı olacaq. Həkimlər ona döyüşməyə icazə verdikdən sonra tarixi müəyyənləşdirəcəyik. Yəqin ki, qarşılaşma may və ya iyun ayında baş tutacaq".

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə