AFFA klubları cəzalandırdı

AFFA klubları cəzalandırdı
GÜNDƏM 11 Mart 2014 / 15:03 2114
-  A +

Bu AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

XXII Topaz Premyer Liqasının XXV turunun “Rəvan” – “Xəzər Lənkəran” matçında “Rəvan” klubunun 7  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

XXII Topaz Premyer Liqasının XXV turunun “Qəbələ” – “Neftçi” matçının 1, 36, 38, 63-cü  dəqiqələrində “Qəbələ” klubunun  azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib. Oyunda “Qəbələ” azarkeşləri tərəfindən təhqiredici pankartlar açıldığı üçün kluba 5000 manat cəza kəsilib.

XXII Topaz Premyer Liqasının  XXV turunun AZAL – “Simurq” matçında AZAL klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 83-cü dəqiqəsində “Simurq” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.

Oyunun 83-cü dəqiqəsində AZAL klubunun 3 nömrəli futbolçusu Aleksandr Şemonayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, kluba 2000 manat cərimə tətbiq edilib.

Daha çox


Son xəbərlər