Topaz Premyer Liqanın 25-ci turunda "Xəzər Lənkəran”la qarşılaşacaq "Rəvan” bu oyunun hazırlıqlarına başlayıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, AZAL ilə oyundan sonra 2 gün istirahət edən komanda üzvləri bu gün yenidən bir araya gəlib.
Səhər məşqi əsasən fiziki hazırlığa həsr olunub. Axşam məşqi isə taktiki-texniki hazırlıq üzərində qurulub. Komandanın bütün üzvləri məşqdə iştirak edib. Tyaqo Mirasemanın zədəsini sağaltması da məşqçilər korpusunu sevindirir. Qeyd edək ki, bugünkü məşqdə yeni futbolçu da iştirak edib. Belə ki, Slovakiya millisinin yarımmüdafiəçisi Kamil Kopunek artıq komanda ilə birgə məşqə çıxıb.
Slovakiya millisinin heyətində 17 oyuna çıxaraq 2 qol vurmuş 29 yaşlı yarımmüdafiəçi Trnava "Spartak”ının yetirməsidir və karyerasının böyük hissəsini məhz elə bu klubda keçirib. Son klubu "Slovan” (Bratislava) olan Kopunekin İtaliya A Seriyasında (Bari) çıxış etdiyini də vurğulayaq. Onunla münasibətlər yaxın günlərdə rəsmiləşəcək.
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə
"Mançester Siti" "Liverpul"un ulduz futbolçusu ilə razılaşdı
"Qalatasaray" Rafael Leaonun transferini açıqladı
"Fənərbaxça"dan ayrıldı, "Ayaks"a keçdi
Azərbaycan millisinin üzvü "Sampdoriya"da debüt etdi