Mourinyo: "Droqba ilə qarşılaşmaq mənim üçün çətindir"

Mourinyo: "Droqba ilə qarşılaşmaq mənim üçün çətindir"
GÜNDƏM 26 Fevral 2014 / 00:28 2367
-  A +

"Bütün oyunlar kimi "Qalatasaray"la qarşılaşmanı da  səbirsizliklə gözləyirəm. Rəqibimiz Türkiyə çempiondur. Droqba ilə qarşılaşmaq isə mənim üçün çətindir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo ÇL-ın 1/8 finalında "Qalatasaray"la oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib. 

Portuqaliyalı çalışdırıcı sabiq futbolçusu Didye Droqba ilə yenidən qarşılaşacağı üçün həyacanlı olduğunu deyib: "Ancaq bunu qəbul etməliyik. Mən öz işimi görməliyəm, o da qol vurmağa çalışmaldır. Droqbanı görmək xüsusi bir duyğudur. Ancaq oyun zamanı bunu unutmalıyıq".

Qeyd edək ki, "Qalatasaray" - "Çelsi" oyunu bu gün saat 23:45-də başlayacaq. 

Daha çox


Son xəbərlər