AFFA klubları cəzalandırdı

AFFA klubları cəzalandırdı
GÜNDƏM 25 Fevral 2014 / 13:07 2244
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı məlumata görə, İK Topaz Premyer Liqanın son turunda baş verən hadisələrlə bağlı aşağıdakı qərarlar verilib.


Topaz Premyer Liqasının XXIII turunun AZAL – “Xəzər Lənkəran” matçının 90+1-ci dəqiqəsində AZAL klubunun futbolçusu Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Topaz Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Rəvan” matçında “Qəbələ” klubunun 4, “Rəvan” klubunun 7  futbolçusu sarı vərəqə cəzalandığı üçün hər iki klub 1000 manat cərimələnib.

Oyunun 74-cü dəqiqəsində “Rəvan” klubunun futbolçusu Lukas Sapela qeyri-etik jest göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner