Platini: “Almaniya istəmirsə, "Avro-2016"da oynamasın"

Platini: “Almaniya istəmirsə, "Avro-2016"da oynamasın"
GÜNDƏM 25 Fevral 2014 / 12:55 3436
-  A +

UEFA prezidenti Mişel Platini Almaniya millisinin baş məşqçisi Yoahim Lövün son açıqlamasına münasibət bildirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis "Avro-2016"nın final mərhələsinə 24 vəsiqə verilməsinin düzgün olmadığı deyib.

Platini isə cavabında bildirib: "Əgər bəyənmirlərsə, turnirdə iştirak etmək məcburiyyətində deyillər".

Bundesliqanın nümayəndələrində Seifert isə Lövə dəstək olaraq söyləyib ki, bəlkə də Almaniyanın "Avro-2016"ya qatılmaması lap yaxşı olar:

"Onda Avropa çempionatının necə dəyərsiz olduğunu görərlər. Seçmə mərhələyə 53 komandanın qatılmasına ehtiyac yoxdur. Liqaların çoxu UEFA-nın bu qərarını bəyənməyib".

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner