“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi
- Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ”la qarşılaşacaqsınız. Komandanın əhvalı necədir? Oyuna həm fiziki, həm də psixoloji cəhətdən hazırsınızmı?
- Hələ hansısa komandanın şanslarından danışmaq olmaz. Mərhələnin taleyi sabahkı oyuna qalıb. Birinci oyunda 2:1 hesabı ilə qalib gəlmişik. Çalışacağıq ki, rəqib meydanında qapının toxunulmazlığını saxlayaq. Komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir. Birinci oyundakı kimi cavab matçına da güclü hazırlaşmışıq. Bu gün sonuncu məşqimizə çıxacağıq.
- Əsas fikriniz qol buraxmamaqdır, yoxsa ənənəvi qaydada hücum futbolu oynayacaqsınız?
- Onsuz da hücum futbolu “Neftçi”nin taktikasıdır. Arxada oturmayacağıq. Qol buraxmasaq, mərhələni asan keçə bilərik. Ona görə deyirəm ki, qapımızı toxunulmaz saxlamağa çalışacağıq. Bunun nə dərəcədə çətin və ya asan olacağını sabahkı oyunda biləcəyik.
- “Qarabağ” çempionatın son oyununda bir neçə futbolçusuna istirahət vermişdi. “Neftçi”də isə eyni futbolçular sıx qrafiklə oynayırlar. Bu, sabahkı oyunda yorğunluğunuza səbəb ola bilər?
- Yox. Düzdür, bizdə çox vaxt eyni heyət oynayır. Amma kubok oyununun vacibliyini dərk edirik. Finalın bir addımlığında olduğumuzu düşünürük. Ona görə də yorğunluq olsa da, çalışacağıq ki, bunu hiss etdirməyək.
- Rəqibinizdə Admir Teli və Ansi Aqolli kimi futbolçular zədə səbəbindən meydana çıxa bilməyəcək. Bu, üstünlüyünüzü artıra bilər?
- “Qarabağ”ın geniş heyəti var. Orda ehtiyatda yaxşı yerli futbolçular çıxış edir. İlqar Qurbanovu, Bədavi Hüseynovu xüsusi vurğulamaq istəyirəm. Yəqin ki, onlar zədəli futbolçuları əvəz edəcək. “Qarabağ”ın iki əsas futbolçusunun yoxluğu bizə üstünlük vermir. Onlara da ən azı bizim qədər qələbə lazımdır. Öz meydanlarında qələbəyə kökləndiklərini bilirik.
- “Qarabağ”a hansısa sürpriz hazırlamısınız? Baş məşqçiniz Böyükağa Hacıyev bu barədə bildirib.
- İnanmıram, bu oyunda hansısa sürpriz olsun. Biz verilən tapşırıqları yerinə yetirməyə çalışırıq. Həmişəki oyunumuzu göstərə bilsək, sürprizə ehtiyac qalmayacaq.
- Bu mövsüm “Qarabağ”la dörd dəfə qarşılaşmısınız. Yəqin artıq rəqibi analiz etməkdə çətinlik çəkmirsiniz. “Qarabağ”ın hansı üstün keyfiyyətlərini qeyd edə bilərsən?
- Onlar bizim oyuna bələddirlər, biz də onların. Onsuz da bu iki komandanın oyunu hər kəsə bəlllidir. Hər iki komanda hücum futbolu oynayır. Onların hücumameylli futbol oynamalarını qeyd edə bilərəm. Orta xətdə yaxşı oyunçuları var. Biz də bu futbolçulara qarşı tədbir görməliyik. Onların bu üstün cəhətlərindən istifadə etməyinə imkan verməməliyik. Müdafiələri də yaxşı təsir bağışlayır. Bizim hücumçularımızı bağlamağa çalışacaqlar. Biz də bununla bağlı tədbir görəcəyik.
- Son vaxtlar meydanda az görünürsən. Səbəb nədir?
- Mən müntəzəm məşqimi edirəm. “İnter”lə oynadım. “Qarabağ”la da bir hissə oynadım. Çalışıram ki, hər zaman oyuna hazır olum ki, nə vaxt şans verilsə, bundan yaxşı istifadə edim. Az oynamağımın səbəbini tək özümlə bağlamıram. Özümü daima yaxşı formada saxlayıram.
- Mərhələni keçə bilməsəniz, bu, “Neftçi” üçün nə dərəcədə acı nəticə olar?
- Düzdür, futbolda hər şey ola bilər. Ancaq biz qarşımıza məqsəd qoymuşuq. Hesabda da irəliyik. Şansımız daha çoxdur. Ona görə də, heç bu haqda fikirləşmirik.
Ramiq AĞAMƏMMƏDOV
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı
İspan klubu “Qarabağ”ın şikayəti əsasında cərimələndi
UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə cərimələdi
"Şimal" və "Bakı Sportinq"dən qələbə, Mingəçevirdə heç-heçə
"Real" Vinisiusla bağlı qərar verdi
Balotelli ərəb klubuna keçə bilər
Ronaldo adada 2 villa aldı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Kişi şahmatçılarla qarşılaşmaq daha maraqlı ola bilər"
Kenan Yıldız İngiltərə nəhənglərinin hədəfində
"Qarabağ"ın daha bir futbolçusuna Braziliyadan təklif var
Millimizin üzvləri şagirdlərlə görüşdü
2-ci liqanın bombardirləri açıqlandı
Murad Musayev Rusiyada ilin məşqçisi seçildi
Braziliya millisinin üzvünün yeni klubu məlum oldu
"Fənərbaxça" prezidentinin narkotik testi müsbət çıxdı
İngiltərə Kubokunun yarımfinalçıları
“Atletiko” Dieqo Simeone ilə müqaviləni uzatmağı düşünür
"Beşiktaş" "Fənərbaxça"ya belə qalib gəldi - Video
İstanbul derbisini qonaqlar qazandı
Millimizin üzvü qırmızı vərəqə aldı
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib