"Neftçi" ilə oyunqabağı "Qarabağ"da ciddi itki

"Neftçi" ilə oyunqabağı "Qarabağ"da ciddi itki
ÖLKƏ FUTBOLU 23 Aprel 2013 / 12:03 3254
-  A +

Azərbaycan kubokunun yarımfinalının cavab oyununda sabah "Neftçi" ilə qarşılaşacaq "Qarabağ" ciddi itkiylə üzləşib.

Bu barədə Qol.Az saytına klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, komandanın aparıcı üzvlərindən müdafiəçi Ansi Aqolli Topaz Premyer Liqanın 27-ci turunda "Bakı" ilə oyunda zədələndiyi üçün "Neftçi" ilə oyunu buraxmalı olacaq.

Qeyd edək ki, Aqolli ilə yanaşı, "Qarabağ"ın digər müdafiəçisi Admir Teli də "Bakı" ilə oyunda zədələnərək oyunu davam etdirə bilməmişdi. Onun da "Neftçi"yə qarşı oynaması sual altındadır.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda kekeçiriləcək.


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi