Amit Quluzadə: "Ərciyəsspor"un prezidenti mənimlə danışıb"

Amit Quluzadə: "Ərciyəsspor"un prezidenti mənimlə danışıb"
ÖLKƏ FUTBOLU 23 Aprel 2013 / 00:01 3354
-  A +

 “Qəbələ” klubunun yarımmüdafiəçisi Amit Quluzadənin Qol.Az saytına müsahibəsi

-Hazırda durumun necədir, zədən sağalır?

- Demək olar ki, ayağımda ağrı yoxdur. Bir-iki gün bundaq qabaq zədədən qurtuldum. İndidən dəqiq deyə bilmərəm, bəlkə də “Qarabağ”la oyuna hazır oldum.

- Topaz Premyer Liqanın 27-ci turunda “Neftçi” ilə oyunda hesabda irəli olsanız da yenə üstünlüyü qoruya bilmədiniz.

- “Neftçi” ilə oyunda komandamız çox həvəsli idi. Oyuna da yaxşı başlamışdıq. İlk dəqiqələrdə hesabı açdıq. Amma artıq üç oyundur ki, hesabda öndə olsaq da, bu üstünlüyü qoruya bilmirik. Bu üç oyundan doqquz xal yığsaydıq, medallara ümid edə bilərdik. Təəsüf ki, bunların ikisində bir xal qazandıq, son oyunda isə məğlub olduq.

- “Neftçi” ilə oyunda niyə üstünlüyü qoruya bilmədiniz? Oyunun nəticəsini ədalətli sayırsan?

- Deməzdim ki, “Neftçi” qələbəyə layiq deyildi. Əgər uduzuruqsa, günahı özümüzdə axtarmalıyıq.

- Növbəti oyunu “Qarabağ”a qarşı keçirəcəksiniz. “Qarabağ”ın oyunu sizinlə çətin alınır. Bu oyunda hansı nəticəyə ümid edirsiniz?

- Artıq bizim üçün rəqibin kimliyinin fərqi yoxdur. Çünki itiriləcək bir şey yoxdur. Çalışacağıq ki, qələbə qazanıb azarkeşlərimizi sevindirək.

- “Neftçi” ilə oyunda da düşünmək olardı ki, itiriləcək bir şey yoxdur.

- O oyunda itkilərimiz də çox idi. Əsas oyunçularımızın çoxu yox idi. Əks halda biz irəli atılıb ancaq qol vurmağı düşünəcəydik.

- Məlumata görə, Türkiyənin “Ərciyəsspor” klubu səninlə maraqlanır.

- Bu məlumatın yayılmağı mənə təəccüblü gəldi. Çünki mənə o klubdan təklif gəlməyib. “Ərciyəsspor” klubu ilə yaxşı əlaqələrim var. O klubda hamı ilə münasibətim yaxşı idi. İndi də həm insan, həm də futbolçu kimi hörmətimi saxlayırlar. Rəhbərliklə də yaxşı münasibətimiz olub. Bu yaxınlarda klub prezidenti Ziya Ərəb mənimlə danışdı. Bu sadəcə aramızda olan danışıqdır. Hansısa rəsmi təklif olmayıb.  İstəmirəm artıq söz-söhbət yaransın. “Qəbələ” ilə hələ bir il müqaviləm var. İnşallah müqaviləmin axırına qədər “Qəbələ”də oynamaq istəyirəm. Bu gün məni burda hər şey qane edir. Heç bir  problemim yoxdur. Hər şey yaxşıdır. Nəyə görə başqa kluba getməliyəm?  Amma futbolda hər şey ola bilər.

Ramiq AĞAMƏMMƏDOV

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi