"Qarabağ"la oyunda qələbəyə layiq biz idik"

 "Qarabağ"la oyunda qələbəyə layiq biz idik"
ÖLKƏ FUTBOLU 22 Aprel 2013 / 17:00 2795
-  A +

"Bakı" klubunun müdafiəçisi Şəhriyar Əliyevin Qol.Az saytına müsahibəsi

- Dünənki oyunda  Topaz Premyer Liqanın son üç turunda məğlub olmayan “Qarabağ”la qarşılaşdınız. Bu oyun barədə fikirlərini bilmək istərdik.

- Yaxşı oyun oldu. Deyərdim ki, qələbəyə layiq biz idik. Çox təəssüf ki, matçın son anlarında vurulan penalti ilə qələbəni əldən verdik.

- Yəni  demək istəyirsən ki, məğlub olmağınıza səbəb sırf penaltidən vurulan qol oldu?

- Həm penalti epizodu həmdə əldə etdiymiz qol imkanlarını dəyərləndirə bilmədiyimiz üçün məğlub olduq.Vurduğumuz bir  neçə top qapı dirəyindən qayıtdı. Beş real qol vəziyyətindən yararlana bilmədik. Əvəzində isə “Qarabağ” əldə etdiyi şansdan istifadə etdi və qələbə topunu vurdu.

- Matçın 82-ci dəqiqəsində Vaqif Cavadova qarşı kobudluq etdiyinə  görə qapınıza penalti təyin edildi. Verilən qərar sizcə düzgün idi?

- Hakim artıq qərarı verib. Bu qərara hörmətlə yanaşmalıyıq. Yalan danışmaq istəmirəm. Penalti var idi, amma verməyə də bilərdi. Çünki elə də güclü qayda pozuntusu yox idi. Sadəcə  yüngül toxunma var idi. Amma yenə də verilən qərara hörmətlə yanaşırıq.

- Komandanın start heyətində Pena, o cümlədən zədəli olduğuna görə Elvin Əliyevə yer verilməmişdi. Bunun oyununuza təsiri oldumu?

- Bir çoxları deyir ki, biz yalnız kubok oyununu düşündüyümüz üçün məşqçi ikinci heyəti oyuna buraxıb. Ancaq mən deməzdim ki,  ikinci heyət pis oynadı. Uşaqların hamısı oyuna məsuliyyətlə yanaşır. Bir sıra əsas oyunçumuz start heyətdə meydana çıxmasa da meydanda üstün tərəf biz idik.
 
- Komanda yoldaşın Elvin Əliyev “Qarabağ”la oyun öncəsi məşqdə zədə alıb. Hazırda  vəziyyəti necədi?

- Elvin əməliyyat olunub və hazırda vəziyyəti yaxşıdı. Təxmini bir aya yaxın futboldan kənarda qalacaq, sonra yenidən qayıdacaq.

- Belə çıxır ki,  artıq mövsümü baş vurub?

- Bilmirəm. Amma o bizim komandanın əsas oyunçularından biridir və onun yolunu gözləyirik.

- Qarşıda “Xəzər Lənkəran”la kubok oyunun cavab matçı var. Bu qarşılaşma barədə nə deyə bilərsiz?

- Çox çətin  oyun olacaq. Biz Lənkərana yalnız növbəti mərhələyə keçmək üçün gedəcəyik.

- Lənkəranda qapıçınız Kamran Ağayevin start heyətdə yer alması istənilmir. Hətta onun üçün ayrıca pankart açılacağı da deyilir. Bəs klub necə qapıçıya ilk 11-likdə yer verəcək?

- Bu məşqçinin işidir. Biz onun işinə qarışa bilmərik. Kimə şans versə, onlar oynayacaq.

Aysel BƏXTİYARLI

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi