“İnter”in makedoniyalı müdafiəçisi Slavço Georgiyevski Topaz Premyer Liqanın 27-ci turunda “Simurq”la (5:0) keçirilən matç barədə fikirlərini bölüşüb. Qol.Az-ın məlumatına görə, klubun saytına müsahibəsində Georgiyevski ona göstərilən sarı vərəqəylə bağlı narazılığını bildirdi.
- Belə mürəkkəb matçda rəqibin qapısından 5 cavabsız qol keçirmək “İnter”ə müəssər oldu.
- Biz bu matça çox yaxşı hazırlaşmışdıq. Görüşdən öncə müxtəlif söz-söhbətlər var idi. Biz isə yalnız öz oyunumuzu göstərmək istəyirdik. Düşünürəm ki, bizə üstünlüyümüzü nümayiş etdirmək mümkün oldu. Komandamızı layiqli qələbə münasibətilə təbrik edirəm. Mənim yeganə narazılığım hakimin adi epizodda mənə sarı vərəqə göstərməsiylə bağlıdır. Soruşmaq istərdim, nəyə görə mənə sarı vərəqə göstərildi? Biz rəqibin müdafiəçisiylə sadəcə serb dilində danışırdıq və bu zaman qarşımda xəbərdarlıq gördüm. Yəqin oyunun baş hakimi (Elçin Məmmədov nəzərdə tutulur – red.) poliqlotdur və serb dilini bilir, buna görə də növbəti dəfə Çin dilində danışacağam. Amma çox güman ki, o, Çin dilini də bilir.
- Mövsümdə ikinci dəfədir sarı vərəqə limitini keçirsiniz. Bu, ikinci dəfə keçmiş komandanıza -“Neftçi”yə qarşı keçiriləcək matç öncəsində baş verir.
-Mən Çində olmuşam və cüzi də olsa bu dili bilirəm. Əgər hakim bu dili də bilirsə, o zaman növbəti dəfə biz Çin dilində də danışarıq. Mən başa düşmürəm ki, o, bizim serb dilində danışdığımızdan nə anladı və nəyə görə mənə sarı vərəqə göstərdi.
- Sarı vərəqə aldığın anda hakimdən soruşmadınız ki, nəyə görə vərəqə göstərildi?
- Düşünürəm ki, onun özü də bilmir. Mənim sualıma cavabında dedi ki, indi mənə qırmızı vərəqə göstərəcək. Anlamıram, nə vaxtdan futbolçulara meydançada bir-birilə danışmaq olmaz? Bir də harada yazılıb ki, ünsiyyətə görə sarı vərəqə göstərilir? Bizim serb dilində danışdığımızdan o, ümumiyyətlə, nə anladı?
- Buna baxmayaraq komandanız növbəti qələbəsini qazandı və yüksək yerlər uğrunda mübarizəni davam etdirir. Necə düşünürsünüz, “İnter” mövsümün yekunlarına görə məqsədlərinə çata biləcək?
- Əlbəttə. Mübarizə hələ irəlidədir. Məsələn, növbəti tur səfərdə “Neftçi” ilə oynamalıyıq. Mənim həmin matçda olmağım vacib deyil, uşaqlar mütləq mübarizə aparacaqlar. Biz mübarizəyə köklənmişik.
- “Simurq”la oyunöncəsi “İnter”in gənc yarımmüdafiəçisi Fuad Bayramov ağır zədə aldı. Yəqin bu vəziyyət komandanızın futbolçularına mənfi təsir göstərdi.
- Bu hadisə psixoloji planda bizə pis təsir göstərdi. Bir yerə toplaşdığımız zaman baş vermiş hadisədən xəbər tutduq. Heç kim inanmaq istəmirdi, axı Fuad bizlərdən biridir, o, bizim qardaşımızdır. Baş vermiş hadisə bizim üçün çox ağırdır. Ancaq ümid edirik ki, o, tezliklə meydançaya qayıdacaq. Allah ona şəfa versin!
- “Simurq”la oyuna qayıdaq. Komandanız bu mövsüm bir oyun ərzində ilk dəfəfir bu qədər qol vurur. Hansı amilin sayəsində “İnter” rəqibin qapısına 5 dəfə yol tapa bildi?
- Biz yaradılmış vəziyyətlərdən yaxşı istifadə etdik. Artıq matçın əvvəlində İbrahima Niassenin əla asmasından sonra Yuri Fomenko baş zərbəsilə topu qapıdan keçirdi. Sonra bizə asan oldu. Sürətli qol özümüzə olan inamımızı daha da artırdı. Rəqib azlıqda qaldığı zaman isə onlara daha çətin oldu. Biz bundan yararlandıq və üstünlüyümüzü vurulmuş qollarla göstərdik.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi