“Bakı” klubunun hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- Ölkə kubokunun yarımfinalında “Xəzər Lənkəran”a qalib gəldiniz. Oyun haqda fikirlərini bilmək istərdik.
- Öz meydanımızda oynayırdıq. Buna görə də ilk dəqiqələrdən üstünlüyü əla almaq istəyirdik. Bunu da bacardıq. Demək olar ki, sona qədər üstünlüyümüzü qoruduq. Daha böyük hesabla qalib gələ bilərdik. Amma bütün qol imkanlarından istifadə edə bilmədik. Nəticədə 1:0 hesabı ilə qalib gəldik. Rəqib oyunu arxadan qurmuşdu. “Xəzər Lənkəran” əvvəlki oyunlara nisbətən zəif təsir bağışladı. Amma bilirik ki, Lənkəranda bizi çətin oyun gözləyir. Başqa şansları da yoxdur. Azarkeş dəstəyi də çox olacaq. 1:0 hesabı isə sürüşkəndir.
- Bundan əvvəl “Qəbələ” ilə oyunda yaxşı təsir bağışladın, qol da vurdun. Amma, nədənsə, “Xəzər Lənkəran”la oyunda meydana çıxmadın.
- Oynayacağımı gözləyirdim. Mənə də maraqlıdır ki, niyə oynamadım. Hətta sonradan da meydana daxil olmadım. Baş məqşçi nədənsə belə qərar verdi. Eybi yoxdur. Həyat davam edir. Qarşıdakı oyunlarda oyanayaram.
- “Qəbələ” ilə oyunda penalti zərbəsini dəqiq vurdun. Bu, mövsümdə ilk qolun idi. Həmişə deyirdin ki, bir qol vursam, ardı gələcək.
- Çox çalışırdım ki, qol vurum. Üzərimdə təzyiqlər var idi. Yəqin ki, bundan sonra qolların ardı gələcək.
- “Qarabağ”ın heyətində “Xəzər Ləkəran”a qollar vurmusan. Kubokun cavab oyununda bunu bir daha bacarsan?
- Düzdür, “Qarabağ”ın heyətində “Xəzər Lənkəran”a qarşı yaxşı oyunlarım olub. Bir neçə dəfə qol vurmuşam. Elə sonuncu qolu da “Xəzər Lənkəran”ın qapısına vurmuşdum. İnşallah, çalışacam yenə qol vurum.
- Sabah Topaz Premyer Liqanın 27-ci turunda “Qarabağ”a qarşı oyununuz var. Keçmiş komandana qarşı ilk oyununa çıxa bilərsən. Meydana çıxanda hansısa hisslər keçirə bilərsən?
- Maraqlı oyun gözlənilir. “Qarabağ” çempionluğa oynayan komandadır. Çətin oyun olacaq. Çünki rəqib son vaxtlar çox yaxşı oyun göstərir. “Qarabağ”a qarşı oyunda hansısa hisslər keçirə bilərəm. Çünki o komandanın yetirməsi olmuşam. Xeyli vaxt orda oynamışam. Belə hallar futbolda çox olur. Çalışacağam ki, adi oyunlardan biri kimi meydana çıxıb öz oyunumu oynayım.
- “Qarabağ”a qol vursan sevinəcəksən?
- Əsas odur ki, qol vurum, “Bakı”ya vacib xal qazandırım. Sonrasına baxarıq. Sevinəcəyimi deyə bilmərəm, amma qol vurmaq istəyirəm.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı