Azərbaycan millisinin futbolçusu Ruslan Abışov bu gün Rusiya Premyer Liqasında ilk matçına çıxıb.
Qol.Az-ın məlumatına görə, “Rubin”in əsas heyətində “Amkar”a qarşı oyunda (1:1) debüt edən futbolçumuz matçdan sonra açıqlamalar verib:
“Mən bu anı çox gözləyirdim. “Rubin”in heyətində debüt matçında komandamın qələbəyə nail olmasını istəyirdim. Amma təəssüf ki, belə alınmadı. Birinci hissədə biz çox yaxşı oynayırdıq, lakin ikinci yarıda “Amkar”ın təzyiqlərinə dözməyib, qol buraxdıq. Əlbəttə, hamımız matçın nəticəsindən narazıyıq və öz oyunumu isə təhlil etmək istəmirəm. Bunun üçün məşqçilər var” - deyə Abışov bildirib.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü