AFFA Böyükağa Hacıyevin cəzasını yüngülləşdirdi

AFFA Böyükağa Hacıyevin cəzasını yüngülləşdirdi
ÖLKƏ FUTBOLU 19 Aprel 2013 / 19:45 3489
-  A +

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.

Qol.Az-ın məlumatına görə, iclasda “Neftçi” PFK-nın müraciətinə baxılıb. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
1. AFFA-nın İntizam Komitəsinin “Neftçi” PFK-nın baş məşqçisi Böyükağa Hacıyev barədə çıxardığı 09.04.2013-cü il tarixli qərarı qismən dəyişdirilsin. Baş məşqçi Böyükağa Hacıyev intizam tədbiri olaraq 3 oyunluq kənarlaşdırılsın, digər 7 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində baş məşqçi Böyükağa Hacıyev analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

2. AFFA-nın İntizam Komitəsinin “Neftçi” PFK-nın məşqçisi Bəxtiyar Musayev barədə çıxardığı 09.04.2013-cü il tarixli qərarı qüvvədə saxlanılsın.

Daha çox


Son xəbərlər