“Qəbələ” klubunun yarımmüdafiəçisi Rövşən Əmiraslanovun Qol.Az saytına müsahibəsi
- Əvvəlcə Topaz Premyer Liqanın son turunda “Bakı” ilə oyun haqda fikirlərini bilmək istərdik.
- Görüş çətin keçdi. Bilirdik ki, rəqib yaxşı komandadır. Komandamız son uğursuzluqlardan, baş məşqçi dəyişikliyindən sonra psixoloji gərginlikdən çıxmağa çətinlik çəkir. Bizim üçün hər şey bitib. Artıq avrokuboklardan əlimizi üzmüşük. Möcüzə baş verməsə, heç bir şansımız yoxdur. Sadəcə son uğursuzluğun təsadüfi olduğunu sübut etmək üçün öz oyunumuzu oynayırdıq. Buna da nail olduq. Pis oynamadıq, 1:0 udurduq. Axırıncı dəqiqələrdə hakim qapımıza mübahisəli penalti verdi. Sonradan epizoda dəfələrlə baxdıq, Anar Salmanov penalı verməyə bilərdi. Heç kim ona görə onu qınamazdı.
- Anar Salmanov “Neftçi” ilə oyunda “Qarabağ”ın qapısına da mübahisəli penalti təyin etdi. Bu haqda nə deyə bilərsən?
- Həmin penaltidən ümumiyyətlə, danışmaq lazım deyil. Çünki bütün Azərbaycan gördü ki, orda penaldan söhbət gedə bilməzdi. Buna əlavə şərh verməyə ehtiyac yoxdur. Biz televiziya vasitəsilə oyunu izləyirdik. Qayda pozuntusu yox idi. Olsa belə, cərimə meydançasından qıraqda olmuşdu. Ən uzağı cərimə zərbəsi təyin edə bilərdi. Elə bir oyunda elə səhv etmək bağışlanmazdır.
- Son iki oyunda komandanız qalib gəlməyə yaxın olsa da, son dəqiqələrdə qələbəni əldən verir. Bu, artıq həvəssiz oynamağınızdan, əzmkarlığın olmamasından irəli gəlmir?
- Deməzdim əzmkarlıq itib. Sadəcə son iki oyunda mən də daxil olmaqla aparıcı futbolçuların əvəzlənməsi buna gətirib çıxartdı. Səbəbi yalnız bunda görürəm. Hər iki oyunda komandaya kömək edə bilmədik.
- Sabah Topaz Premyer Liqanın 27-ci turunda “Neftçi”nin qonağı olacaqsınız. Bu mövsüm “Neftçi”ni məğlub edə bilmisiniz. Bu oyundan nə gözləmək olar?
- “Neftçi” ilə bu mövsüm bərabər səviyyədə oynamışıq. Bir dəfə onlar, bir dəfə də biz qalib gəlmişik. İndiki şanslarımızı da bərabər görürəm. “Neftçi”nin yaxşı oyun üslubu var. Zəif komanda deyil. Ona görə də bu gün birinci yerdədir. Biz də zəif deyilik. Kim güclüdür, o da qalib gəlsin. İstədiyimiz odur ki, təmiz oyun olsun.
- Sizin dincəlməyə vaxtınız olsa da, “Neftçi” sıx qrafiklə çətin oyunlar keçirib. Bu, üstünlüyünüz ola bilər?
- Hardasa rəqibin oyununa təsir edə bilər. Çünki rəqibdə yorğunluq olacaq. Bundan istifadə etmək olar.
- “Qəbələ” ilə mövsümün sonu müqavilən bitir. Komandada qalmaq fikrin var? Hansısa klubdan təklif gəlib?
- Klub rəhbərliyinin qərarını gözləyəcəm. Yenidən təklif olunsa, dəyərləndirə bilərəm. Adını demək istəmirəm, yerli klubların birindən təklif almışam. Mövsümün sonunda qərarımı verəcəyəm.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı