Bu gün Topaz Premyer Liqanın 27-ci turuna start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşlaşma keçirilib. Hər iki oyun ikinci “altılıq” komandaları arasında olub. Artıq Topaz Premyer Liqanı tərk edəcəyi dəqiqləşən “Kəpəz” “Turan”ı qəbul edib. Görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Digər matçda AZAL “Rəvan”ı qəbul edib. İkinci “altılığ”ın birinci və ikinci pillələrində yerləşən bu komandaların oyunu maraqlı olacağı gözlənilirdi. Hər iki komandanın son vaxtlar uğurlu çıxış etməsi oyunun gərgin və maraqlı olacağından xəbər verirdi. Oyun gözlənildiyi kimi maraqlı və bol qollu keçib. Qapılara beş top vurulan bu oyun 3:2 hesabı ilə AZAL-ın xeyrinə başa çatıb.
Digər oyunlar aprelin 20-si və 21-də keçiriləcək.
19 aprel (cümə)
17:00.“Kəpəz” – “Turan” - 0:1
Qol: Salif Ballo, 51 (0:1)
“Dalğa Arena” stadionu
18:00. AZAL – “Rəvan” - 3:2 (İkinci hissə)
Qollar: Junior Nildo, 8(1:0), Con Oluremi, 60 (2:0), 89 (3:1), Ramazan Abbasov, 73 (2:1), Orxan Lalayev, 9+2 (3:2)
“AZAL Arena” stadionu,
20 aprel (şənbə)
19:00. “İnter” – “Simurq”
“Şəfa” stadionu
21 aprel (bazar)
16:00. “Bakı” – “Qarabağ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu,
18:00. “Neftçi” – “Qəbələ”
“Baksell Arena” stadionu
19:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
Lənkəran şəhər mərkəzi stadionu
Turnir cədvəli
Bombardirlər
Nikolas Kanales (Neftçi) - 21 qol
Franko Nildo (AZAL) - 16 qol
Juan Manuel Varea (Rəvan) - 13 qol
Riçard Almeyda (Qarabağ) - 11 qol
Salif Ballo (Turan) - 10 qol
Pərdis Fərcad Azad (Sumqayıt) - 9 qol
Zohair Benouahi (AZAL) - 7 qol
Baçana Sxadadze (İnter) - 7 qol