“Bakı” klubunun müdafiəçisi Elvin Əliyevin Qol.Az saytına müsahibəsi
- Ölkə kubokunun yarımfinalının ilk oyununda “Xəzər Lənkəran”la qarşılaşdınız. Görüş haqda fikirlərini bilmək istərdik.
- Sevindirici haldır ki, həm gözəl oyun nümayiş etdirdik, həm də 1:0 hesabı ilə qalib gəldik. Amma bir tərəfdən üzülürük ki, daha böyük hesabla qalib gəlmək imkanımız olsa da, bacarmadıq. Rəqib müdafiəyə üstünlük verirdi. Lənkərana rahat gedə bilməyəcəyik. Kubok oyununda bir oyunla məsələ bitmir. Bilirik ki, “Xəzər Lənkəran” öz meydanında çox yaxşı təsir bağışlayır. Əlimizə düşən imkanlardan düzgün istifadə etsəydik, 3-4 qol vurardıq. Belə olsa, səfərdə daha rahat oynayardıq. Yenə də bizim məqsədimiz finala çıxmaqdır.
- Rəqib haqda nə deyə bilərsən?
- Biz əvvəlki “Xəzər Lənkəran”ı görmədik meydanda. Dəfələrlə bu komandayla derbi oyunlarımız olub. Rəqibi həmin komandaya bənzətmədim. Dişli, müqavimət göstərən “Xəzər Lənkəran” görmədik. Müdafiədə bir-birini başa düşmürdülər. Buna görə də qol epizodlarımız çox alındı.
- Bəs niyə bunlardan istifadə edə bilmirdiniz?
- Buna görə rəqibin qapıçısını təbrik etmək lazımdır. Orxan Sadıqlı dəfələrlə komandasını yüzfaizli qoldan xilas etdi.
- “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak da mətbuat konfransında bildirdi ki, “Bakı” böyükhesabla qalib gələ bilərdi, 1:0 hesabına görə təəssüflənməlidirlər.
- Bu, onun peşəkarlığıdır. Düz deyir, biz məyus olmuşuq ki, daha böyük hesabla gedə bilərdik. 1:0 çox çətin hesabdır.
- Belə oyunla finala çıxmaq şanslarınızın çox olduğunu söyləmək olar?
- İnanıram ki, Lənkəranda da belə oyun göstərsək, mərhələni biz keçəcəyik. Yenə də meydana özündənrazı çıxmamalıyıq. Birinci oyundakı hesabı unudaraq meydana çıxmalıyıq. Əsas məqsədimiz yenə də hücum etmək, qol vurmaq olmalıdır. Yenə deyirəm, bizi Lənkəranda rahat oyun gözləmir.
- Oyundan sonra futbolçular arasında qalmaqal yaranıb. Hadisə necə baş verdi?
- Oyun qurtaran kimi meydançanı tərk etdim. Deyəsən, azarkeşlər Kamran Ağayevin xətrinə dəyiblər.
- Finala çıxsanız, “Neftçi” ilə “Qarabağ”dan hansı ilə qarşılaşmaq istəyərdiniz?
- Bu komandalar Azərbaycan futbolunun qaymaqlarıdır. Ən güclü futbolçular oradadır. Ən güclü iki klubumuzdur. Bunların zəifi yodur ki, hansıylasa düşməyi arzulayaq. Bizim üçün ikisi də eyni gücdə olan komandadır.
- Topaz Premyer Liqanın 27-ci turunda “Qarabağ”la oyununuz var. Son vaxtlar həm “Bakı”, həm də “Qarabağ” yaxşı formadadır. Çempionata da kubok oyunu kimi yanaşırsınız?
- Çempionat bizim üçün bitməyb. Hər oyuna qələbə əzmiylə çıxırıq. Sadəcə bəzən bəxtimiz gətirmir, bəzən də imkanlardan istifadə edə bilmirik. “Qarabağ”ın necə hücumları olduğunu da bilirik, oyunçularının səviyyələrini də görürük. Rəqib qapısına necə gözəl qollar vurduqları da görmüşük. Komanda şəklində hücuma çox yaxşı qoşulurlar. Onlara qarşı yəqin ki, baş məşqçimiz yeni taktika düşünüb. O taktika ilə də oynayıb, qələbə qazanmağa çalışacağıq.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu