“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Neftçi” ilə oyununun (1:2) hakimliyindən narazı qalıb. Qol.Az-ın məlumatına görə, klubun saytına açıqlamasında T.Gözəl bildirib ki, dünən baş verənləri onu çox məyus edib.
“Həyatımda nadir hallarda belə üzülmüşəm. Penalti epizodunda bir deyil, iki qüsur var. Hakim penalti zamanı epizoda çox yaxın idi. Burda həm proses cərimə meydançasından kənarda baş verir, həm də açıq-aydın görünür ki, rəqib futbolçuya heç bir təmas yoxdur. Bir hakim bütün bunlara rəğmən belə qərar verirsə, mənim onun meydanı ədaləti qorumaq üçün çıxdığına şübhəm var. Səhərə kimi gözümə yuxu getməyib. Bu qədər çəkilən əziyyət bir fitlə puça getməməlidir. “Qarabağ”da hər kəs bu mövsüm üçün böyük əzmkarlıq nümayiş etdirir. Çempionluğa oynamaq böyük iradə və həvəs tələb edir. “Qarabağ” bu il heç bir zaman olmadığı kimi iradəsini ortaya qoyub. Bu il “Qarabağ”ın arzusu, motivasiyası, yanğısı ötən illərlə müqayisədə inanılmaz bir həddə gəlib çıxıb. Biz getdikcə mənən daha da böyüyürük. Daha böyük uğurlar qazanmaq iqtidarındayıq. Amma baxırsan ki, bütün çəkilən əziyyətlər, bütün mücadilə bir hakimin haqsız fitiylə hədər gedir. “Qarabağ”ın əldə etdiyi uğurlar meydanda tökülən alın tərinin hesabınadır. Mən komandamızın statistikasına baxıram: 3 gündən bir bu uşaqlar meydanda 11 kilometr qaçırlar. Onların zəhmətini belə “qırmamalıydılar”.
T.Gözəl “Neftçi”nin ünvanına atmaca da atıb: “Mən “Neftçi”ni “Qarabağ”la 1:1 bərabərə qalması münasibətilə təbrik edirəm. Onlar üçün bu gözəl nailiyyətdir. Mən penaltini qəbul etmirəm. Rəqibin vurduğu penaltinin futbolla heç bir əlaqəsi yox idi. Onlar bilsinlər ki, “Qarabağ” daim “Neftçi”nin əzəli rəqibi olacaq. Çünki “Qarabağ” da “Neftçi” kimi tarixi keçmişi olan bir klubdur. Bunu hamı görür, bilir və biləcəklər. Bu futboldu. Biz udmağı da, heç-heçə oynamağı da bacarırıq. Amma baş verən son olay dəhşətli, qəbuledilməzdir. Mən “Neftçi”yə xəbərdarlıq edirəm. Siz gələn həftə daha da iradəli, əzmkar “Qarabağ” görəcəksiniz. Biz sınmadıq. Əksinə baş verənlər bizi daha da motivasiyalı edib. İstənilən halda biz bütün Azərbaycana öz iradəmizi göstərəcəyik. Cavab görüşündə bütün gücümüz, ruhumuz, canımızla mübarizə aparacağıq. Görüşün nəticəsi nə olacaq bilmirəm. Bu futboldu. Amma onu deyə bilərəm ki, bu görüşdə klub başqanı olaraq bu matça qədər heç vaxt göstərmədiyim iradəmi ortaya qoyacam. Komandam da bilsin ki, bu matç mənə çempionluq, final görüşü kimi qiymətlidir. Biz sübut etməliyik ki, axan çayın qarşısı bir daşla alına bilməz. Biz o daşı aşacağıq və hədəfimizə çatacağıq”.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu