Azərbaycan kubokunun “Neftçi” – “Qarabağ” matçının hakimliyi Ağdam təmsilçisinin etirazına səbəb olub. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytı dünənki oyunla bağlı matçın idarəçiliyinə qısaca bu formada etiraz edib: Anar Salmanov – “Qarabağ” – 2:1.
Bununla da Ağdam təmsilçisi “Neftçi”nin məhz hakimin səhvləri ucbatından qələbə qazandığına işarə vurub.
“Qarabağ” klubundan Qol.Az saytına bildirilib ki, hesab 1:0 onların xeyrinə olarkən, 56-cə dəqiqədə qapılarına təyin olunan penaltiyə etiraz edirlər. “Həmin penaltidən sonra top qapımızdan keçdi. Halbuki o epizodda heç bir qayda pozuntusuna yol verilməmişdi” – deyə bildirilib.
Qeyd edək ki, bu, son dörd gündə Anar Salmanovda ikinci ciddi narazılıq olub. Aprelin 13-də baş tutan “Qəbələ” – “Bakı” matçında hesab 1:0 meydan sahiblərinin xeyrinə olarkən, 90-cı dəqiqədə A.Salmanov yerli komandanın qapısına penalti təyin edib. “Bakı” bununla da məğlubiyyət xilas olub. “Qəbələ” isə həmin epizodda qaydanın pozulmadığını bəyan edib.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü