Vüqar Nadirov: "Penalti yox idi"

Vüqar Nadirov: "Penalti yox idi"
ÖLKƏ FUTBOLU 18 Aprel 2013 / 00:01 4175
-  A +

“Oyun çətin olmadı. Hər iki tərəf çox baxımlı oyun nümayiş etdirdi. Matçəm bu hesabla qurtarması bir tərəfdən pis olsa da, digər tərəfdən gələn oyuna daha ciddi hazırlaşmağımız üçün bizi məcbur edəcək. Düşünürəm ki, pis nəticə olmadı. Bir top vurmağımz ikinci oyunda çox kömək olacaq. Cavab oyununda şanslarımızı üstün görürəm”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın hücumçusu Vüqar Nadirov Azərbaycan kubokunun yarımfinalının ilk oyununda “Neftçi”yə qarşı keçirdikləri oyundan (1:2) sonra deyib.

Görüşün 55-ci dəqiqəsində hesabı açan V. Nadirov vurduğu baxımlı qoldan da danışıb: “Zərbəni nə bərk nə də yavaş vurdum. Fikirləşdim ki, qapı çərçivəsini düzgün nişan alım. Yaxşı da qol alındı. Komandamın vacib qolunu vurduğum üçün sevinirəm”.

V.Nadirov hakim Anar Salmanovun görüşün 62-ci dəqiqəsində “Qarabağ”ın qapısına təyin etdiyi penaltiyə də münasibət bildirib: “Mənə elə gəlir ki, penal yox idi. Flavinyo qıraqdan özünü cərimə meydançasına atdı. Hakim cərimə zərbəsi təyin etməliydi”.

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi