Yaxın vaxtlarda Naxçıvan Muxtar Respublikasında yenidən peşəkar futbol klubu fəaliyyətə başlayacaq. Lent.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov martın 18-də keçirilmiş müşavirə zamanı bu barədə tapşırıq verib.
Artıq Muxtar Respublikanın Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası peşəkar klubun formalaşdırılması istiqamətində işlərə başlayıb. Yenə “Araz” adı altında fəaliyyət göstərəcək klubun nizamnaməsi hazırlanır və tezliklə Ədliyyə Nazirliyinə təqdim olunacaq. Komandanın növbəti mövsümdən Azərbaycan çempionatının I divizionunda iştirakı nəzərdə tutulub.
Mənbə bildirir ki, Naxçıvanda futbol klubunun bərpası istiqamətində işlərə bir müddət öncə Lent.az-da dərc olunmuş yazı da təkan verib. Həmin yazıda naxçıvanlı iş adamlarının digər klublara sponsorluq etdikləri halda, doğma regionda komandanın yaradılmasına maraq göstərməmələri vurğulanıb. Blokada şəraitində 500 minədək əhalinin yaşadığı Naxçıvanda futbol klubunun fəaliyyətinin siyasi cəhətdən də önəmli olacağı qeyd edilib.
Naxçıvan Muxtar Respublikası artıq 10 ildən çoxdur futbol üzrə Azərbaycan çempionatlarında təmsil olunmur. Halbuki, 1950-ci illərdə yaradılmış Naxçıvanın “Araz” klubu 1989-cu ilə kimi futbol üzrə SSRİ çempionatının 2-ci dəstəsində çıxış edib. SSRİ dağıldıqdan sonra “Araz” fəaliyyətini dayandırsa da, 2001-ci ildə yenidən formalaşdırılıb və Azərbaycan çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu, uzun çəkməyib. 2002-ci ildə komanda maliyyə problemləri üzündən dağılıb.
Naxçıvanın Gənclər və İdman Nazirliyinin mətbuat katibi Rafael Bünyatov bildirib ki, artıq Muxtar Respublikada peşəkar futbol klubunun yaradılmasına hazırlıq işləri gedir: “Bununla bağlı müvafiq qurumlara tapşırıqlar verilib. Növbəti yeniliklər barədə ictimaiyyəti məlumatlandıracağıq”.
Qeyd edək ki, “Xalq” qəzeti 19 mart sayında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti, qarşıda duran vəzifələrlə bağlı keçirilmiş müşavirə barədə məqalə dərc edib. Həmin yazıya əsasən, müşavirədə Muxtar Respublikanın gənclər və idman naziri Azad Cabbarovla yanaşı, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev də iştirak edib. Ali Məclisin sədri Vasif Talıbov konkret idman növünün adını çəkməsə də, idmanın inkişafı istiqamətində əldə olunmuş nəticələrin daha da yaxşılaşdırılması məqsədilə fəaliyyətin gücləndirilməsi, buraxılmış nöqsan və çatışmazlıqlar aradan qaldırılmasının vacibliyini vurğulayıb.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu