“Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Yunis Hüseynovun Qol.Az saytına müsahibəsi
- Bu yaxınlarda səhhətinizdə problem yaranmışdı. İndi durumunuz nə yerdədir?
- Belimdə biraz ağrılar var idi. Allaha şükür, indi yaxşıyam. Müalicəmi başa vurdum. Həkimlər 10-15 gün dincəlməyimi tapşırıb. Ondan sonra hər qaydasında olacaq.
- Hansısa klubdan təklif almısınız?
- Heç bir klubdan təklif almamışam. Hələ ki, istirahət edirəm.
- Nə işlə məşğulsunuz?
- Hələ ki, boşluqadur. Heç bir işim yoxdur. Belim ağrımazdan əvvəl yoldaşlarla futbol oynayırdıq, indi onu da edə bilmirəm. İnşallah, 10-15 gündən sonra bir iş haqda fikirləşəcəyəm.
- “Neftçi” veteranları ilə Avropa veteranları arasındakı görüşə dəvət almısınız?
- Yox. Oqtay Abdullayev saytların birində bildirib ki, guya məni dəvət edib. Amma belə şey olmayıb.
- Uzun illər “Neftçi”nin kapitanı olmusunuz. Dəvət olunmamağınızı necə qarşıladınız?
- Vallah, bilmirəm, niyə dəvət etməyiblər. Onsuz da dəvət etsələr belə, belimdən müalicə aldığıma görə oynaya bilməyəcəkdim. Oqtay müəllim mənə 5-6 ay qabaq demişdi ki, səhər 8-də futbol oynayırıq. Amma deməmişdi ki, veteranlarla oyuna hazırlaşırıq.
- Topaz Premyer Liqanın gedişatı haqda nə deyə bilərsiniz? Bu gün komandaların çıxışları qaneedicidir?
- Bütün oyunlara baxıram. Maraqlı oyunlar da olur, sönük oyunlar da olur. Heç bir dəyişiklik yoxdur. Səviyyə də eynidir.
- Son klubunuz “Xəzər Lənkəran”ın indiki durumu haqda nə deyə bilərsiniz?
- Onu deyə bilərəm ki, “Xəzər Lənkəran”ın durumu pisdir. Həmişə çempionluğa oynayan komanda olub. Əfsuslar olsun ki, indi ikinci “altılıq”da oynayırlar.
- Komandaya Con Toşak kimi mütəxəssis gəlib. Bu baş məşqçi ilə kuboku qazana bilərlər?
- Toşak səviyyəli məşqçidir. Yəqin ki, kuboku qazana bilərlər.
- Hansı komandanın oyununu bəyənirsiniz və hansı komandalar daha iddialıdır?
- Çempionluğa üç komanda – “Neftçi”, “Qarabağ” və “inter” namizəddir, bunlar daha iddialıdır. Aşkar görünür ki, çempionluq uğrunda mübarizə bu üç komanda arasında gedəcək. Bu komandalardan üçü də stabil oyun nümayiş etdirmir. Yaxşı oyunları da olur, pis oyunları da. İndi onların hansınınsa uduzmağı hələ şanslarının azalması demək deyil. Qarşıda altı oyun var. Sabah da kubok oyunları olacaq. “Neftçi” – “Qarabağ” oyunu çox gərgin və maraqlı olacağı gözlənilir. Hansı komandanın əsəbləri sakit olsa, psixoloji cəhətdən oyuna hazır olsa, həmin komanda qalib gələcək.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı