Topaz Premyer Liqasının 26-cı turunda "Kəpəz”lə qarşılaşan "Rəvan”da bir neçə yubiley qeyd olundu. Bunlardan biri də kapitan Tural Axundovun Premyer Liqada "Rəvan” forması ilə 50-ci görüşünə çıxması olub. Kapitan klubun rəsmi saytına açıqlamalarında bir sıra maraqlı məqamlara toxunub. Qol.Az müsahibəni təqdim edir.
- Komandada vəziyyət, ab-hava necədir?
- Şükürlər olsun ki, hər şey yaxşıdır. Vəziyyətimiz çox gözəldir. Düşərgədə əla ab-hava hökm sürür. Artıq növbəti oyuna hazırlığa start vermişik.
- AZAL ilə oyuna hazırlıq necə keçir?
- Hər şey qaydasındadır. Şənbə və bazar günləri istirahət etdikdən sonra həftənin I günündən məşqlərə başlamışıq. Bütün diqqətimizi məhz AZAL ilə matça yönəltmişik. Məşqçilər də hazırlıq planını elə qurub ki, çox yüklənmə olmasın. Əsas oyun vaxtı sona qədər mübarizə aparıb, meydanda can qoymaqdı. Məncə, son aylarda bu baxımdan problem yaşamırıq. Uşaqlar meydanda bacardıqlarının ən yaxşısını sərgiləməyə çalışır.
- Şüvəlandakı matçda qələbə seriyasının davamını gətirə biləcəksiz?
- İnşallah, ordan da 3 xalla ayrılmaq istəyirik. Ümumiyyətlə, qələbə seriyasını maksimum dərəcədə uzatmaq lazımdır. Bu amil komandada özünəəminliyə birbaşa təsir edir. Qoy rəqiblər bizdən qorxsun (gülür).
- "Rəvan”ın kapitanı kimi Lənkərandakı kubok matçında debüt etdin. Siftə uğursuz olsa da, çempionatda komandanı sən meydana çıxaranda xal itirmirik...
- Ola bilsin, ayağım düşərlidir (gülür). Məncə, komandada kimliyindən asılı olmayaraq kapitan yerli futbolçu olsa, daha yaxşı olar. Çünki o, meydanda baş verənlərə birbaşa təsir edə bilir, hakimlə tez-tez ünsiyyətdə olur, baş məşqçinin təlimatlarını meydanda futbolçulara aşılayır. Bir sözlə, baş məşqçinin sağ əli olur. Əvvəllər heç vaxt kapitan olmadığımdan indiki duruma çox həssas yanaşıram. Bu, üzərimdə əlavə məsuliyyət yaradan funksiyadır. Çalışıram ki, həm meydanda, həm də ondan kənardakı hərəkətlərimlə komanda yoldaşlarıma nümunə olum.
- "Kəpəz”lə oyunda "Rəvan” forması ilə Premyer Liqada 50-ci oyuna çıxdın, yubiley qeyd etdin. Bu haqda fikirlərini bilmək maraqlı olardı...
- Çox sevindirici məqamdır. Ümid edirəm ki, bu rəqəm hələ çox artacaq. 50 150, 250 olacaq
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı